"İqtidar-müxalifət münasibətlərinin yumşalmasında hamımız maraqlıyıq"

18:16 16-04-2020 | icon 643 | Siyasət
"İqtidar-müxalifət münasibətlərinin yumşalmasında hamımız maraqlıyıq"

Fuad Əliyev: "Münasibətlər yenidən gurulmalıdır, dialoq başlanmalıdır"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News İnternet Kanalına müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Fuad müəllim, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan və videokonfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyevin çıxışı ilə yəqin ki, tanışsınız. Bu müşavirəni necə qiymətləndirirsiz?

 

- Müşavirə sosial-iqtisadi məsələlərə həsr olunub. Və məlum məsələdir ki, ilin əvvəlində dünyada pandemiyanın geniş yayılması Azərbaycan iqtisadiyyatına mənfi təsiri olub. Xüsusən də neft sektoruna. İnanıram ki, bu pandemiya ilı bağlı karantin rejimi tezliklə aradan götürələcək və biz hamımız normal iş rejiminə qayıdacağıq. Ümid edirəm ki, bundan sonra dövlətimiz qeyri-neft sektorun inkişafına daha çox önəm verəcək ki, neftdən asıllığımız azalsın. Koronavirus pandemiyasına qarşı ölkədə aparılan sosial-iqtisadi dəstək iş adamlarının, sahibkarların və ümummilikdə vətəndaşların minimal iqisadi itkilərlə bu çətin vəziyyətdən çıxması ilə nəticələnəcək.

 


- Ölkədə aparılan siyasi islahatlar, kadr islahatları, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin yenidən təşkili, yeni siyasi konfiqurasiyanın formalaşdırılması ilə nəticələnib. Prezident İlham Əliyev ölkədə yeni ictimai-siyasi durumun, iqtidar-müxalifət münasibətlərinin ən yeni formatda qurulmasından danışdı. Sizin fikrinizcə, müxalifətə qarşı münasibətlərin "yumuşalma" prosesi gedirmi?

 

- Çox maraqlıdır ki, müşavirə ilin birinci rübünün sosial-iqtisadi yekünlarına həsr olunmasına baxmayaraq, İlham Əliyev öz çıxışında siyasi məsələlərə, iqtidar-müxalifət münasibətlərinə də toxundu. Bu münasibətlərin siz demişkən, "yumuşalmasında" biz hamımız maraqlıyıq. Biz bir ölkədə yaşayırıq. Müxalifət nümayəndələri və inanıram ki, iqtidar nümayəndələri Azərbaycanın inkişafını, güclü dövlət olduğunu, demokratik cəmiyyətin qurulmasını istəyirlər. Münasibətlərin normal səviyyəyə çatdırılması, iqtidar-müxalifət dialoqun başlanması cəmiyyətə böyük fayda verəcək. İlham Əliyev özü də bunu qeyd etdi və bu prosesin sürətlə getməsini arzuladı.

 


- Fuad müəllim, amma müxalifətin bəzi nümayəndələri belə fikirləşmir. Onlar iqtidara düşmən mövqeyində duraraq ölkədə xaosun yaranmasını, dağıdıcı proseslərin inkişafını arzu edirlər. Bu cür yanaşma dövlətçiliyə zərbə vurmurmu?

 

- Normal düşüncəli insan dövlətin dağılmasını istəməz. Biz iqtidarla mübarizə aparırıq, ölkəmizdə demokratik cəmiyyətin qurulmasını istəyirik. İqtidarın sosial-iqtisadi sahələrdə, xarici və daxili siyasətində nöqsanları deyirik. Hər bir tərəfin bu məsələlərə öz yanaşmalar və fikirlər var. Və bu da normaldır. Hamı eyni fikirləşə bilməz. Ona görə, bu münasibətlər yenidən gurulmalıdır, dialoq başlanmalıdır. Hər iki tərəf düşmənçilik mövqeyindən çəkinməlidir. Müxalifət nümayəndələri əsassız şəkildə həbs edilməməlidirlər. Müxalifət də öz növbəsində şər, böhtan və qarayaxmalardan uzaq olmalıdır.

Hesab edirəm ki, bu koronavirus pandemiyasına qarşı ölkədə aparılan mübarizədə bütün siyasi qüvvələr milli birlik nümayiş etdirdi. Deməli, biz başqa məsələlərdə də birlikdə ola bilərik.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür