Koronavirusa qarşı immunitetin güclü olması da təhlükəli imiş

13:01 18-04-2020 | icon 818 | Sağlamlıq
Koronavirusa qarşı immunitetin güclü olması da təhlükəli imiş

Koronavirus zamanı bəzi hallarda insanın immun sistemi izafi reaksiya verə bilər, bu isə fəsadlarla nəticələnir.

 

Lenta.ru-nun məlumatına görə, bunu Rusiya Prezident Administrasiyasının koronavirus xəstələrini qəbul etmək üçün yenidən qurulan xəstəxanasının cərrah-onkoloqu Andrey Atroşenko bildirib.

 

Onun sözlərinə görə, immun sistemin “sitokin fırtınası” adlanan bu cür hiperreaksiyası təhlükəli vəziyyət yarada, hətta xəstə reanimasiyaya düşə bilər.

 

“Bu xəstəliyin təhlükəsi immunitetin reaksiyasında gizlənir. Özünü yaxşı hiss edən bir insanı qəbul edirəm. Ağciyərlərinin kompüter tomoqrafiyası da nisbətən normal görünür. Üç-dörd gündən sonra xəstə birdən-birə elə pisləşir ki, reanimasiyaya yerləşdirilir”, - deyə Atroşenko bildirib.

 

Son məlumatlara görə, Rusiyada 27 938 nəfər koronavirusa yoluxub. Onlardan 232 nəfəri ölüb, 2 304 nəfəri isə sağalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür