“May ayı da xroniki xəstəliklərin ağırlaşdığı dövrdür”

11:33 01-05-2020 | icon 1252 | Sağlamlıq
“May ayı da xroniki xəstəliklərin ağırlaşdığı dövrdür”

Nərminə Abbasova: “Çıxış yolu qoruyucu maskalar və qidalanmaya diqqət etməkdir”

 

May ayı da həm kəskin xəstəliklərin baş verə biləcəyi, həm də xroniki xəstəliklərin ağırlaşdığı dövrdür”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirib.

 

Nərminə Abbasova qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin dövründə Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının həkimlərinin pasiyentlərlə başlayan online əlaqəsi bu gün də davam edir. Həkim-terapevtin sözlərinə görə, son günlər xəstələrin şikayətləri arasında soyuqdəymə ilə bağlı müraciətlər də yer tutur:

 

 

 

“Ən çox müraciətlər tənəffüs sistemi xəstəlikləri, ürək-damar sistemi, sümük oynaq, mədə-bağırsaq sistemi xəstəlikləri ilə bağlıdır. Qeyd edim ki, ölümə səbəb olan birinci xəstəlik ürək-damar sistemi xəstəliyidir. Bu da əsasən hipertoniya, ürəyin işemik xəstəliklərdir. Hətta digər xəstəliklərlə müraciət edən xəstələrdə ürək-damar sistemi xəstəlikləri şikayəti olur”.

 

Həkim-terapevt deyir ki, müraciətlərlə bağlı ikinci yerdə bronxial astma xəstəliyinin ağırlaşması ilə bağlıdır. Digər qism insanlar isə pnevmaniya ilə müraciət edib:

 

 

 

“Sümük xəstəlikləri də əsasən mövsümi xarakter daşıdığından bu aylarda qeyd olunan şikayətlər artır. Bundan başqa, ağciyərin xroniki abstruktiv xəstəliyi ilə bağlı müraciət edilib. Bu şikayəti edənlər əsasən siqaret çəkən kişilərdir”.

 

 

 

Hazırda insanlar arasında yayılan xəstəliyin xroniki respirator virus xəstəliyi olduğunu vurğulayan Nərminə xanım bildirdi ki, kəskin respirator xəstəliklər ağır xəstəlik hesab edilməsə də, insanlar bu xəstəliyə qarşı maksimum diqqətli olmalıdır:

 

 

 

“Ailədə belə xəstə olarsa, ondan uzaqlaşmaq çətin olur. Bu zaman çıxış yolu qoruyucu maskalar və qidalanmaya diqqət etməkdir. Bu, digər xroniki xəstəliklərin aktivləşməsinə də səbəb olur”.

 

 

 

Nərminə Abbasova karantin müddətinin bir neçə gündən sonra bitəcəyi ilə bağlı da tövsiyyələr verib. Bildirib ki, karantin bitən müddətdə həmən qoruyucu maskaları, əlcəkləri çıxarıb atmaq olmaz. Çünki karantin müddətinin bitməsi koronavirusun məhv olması anlamına gəlmir:

 

"Operativ Qərərgahın koronavirusdan mübarizə üçün qoyduğu qaydalara yenə də əməl olunmalıdır. Çünki karantin bitər-bitməz bu qaydaları pozmaq virusun yenidən yayılmasına səbəb ola bilər. Mən vətəndaşlarımızdan xahiş edirəm diqqətli olsunlar. Özlərinin və yaxınlarının həyatını riskə atmasınlar. Cənab Prezidentin də dediyi kimi, biz birlikdə güclüyük və bu bəladan birlikdə çıxacağıq".

 

DİQQƏT!

Əgər tənəffüs sistemi xəstəlikləri, ürək-damar sistemi, sümük oynaq, mədə-bağırsaq sistemi xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür