Sırdərya daşdı

13:19 02-05-2020 | icon 1080 | Dünya
Sırdərya daşdı

Özbəkistanın Sırdərya vilayətində iki il bundan öncə tikilən su tutumu 922 milyin kubmetr olan Sardoba su anbarı kəskin hava şəraitindən və yağıntının miqdardan çox olması səbəbindən daşaraq, öz məcrasını aşıb, Sırdərya çayı sahillərində yerləşən şəhər və qəsəbələr su altında qalıb.

 

Versus.az xəbər verir ki, su daşması nəticəsində Cizak vilayətininin də əkin sahələrini və məhəllələrini su basıb.

 

Özbəkistanın Fövqəadə Hallar Nazirliyinin verdiyi xəbərə görə fəlakət baş verən ərazilərdən 76 min nəfər insan təxliyyə olunub. Sakinlər arasında zərəçəkənlər də vardır. Onlar da tibb mərkəzlərinə yerləşdirilirlər. Dünən may ayının 1-dən başlayan güclü külək və yağıntının səbəbindən baş verən daşqın hadisəsi yaşayış massivlərinə, məhəllələrə, əkin sahələrinə ciddi ziyan vurub. Nazirlik nəzdində 1205, 1250 nömrələrində qaynar xətt yaradılıb. Özbəkistanın prezidenti Şavkat Mirzoyev bu gün hökumətin nümayəndələri ilə hadisə baş verən ərazilərə gəlib.

 

Və onlara fəsadlar aradan qaldırılmayınca fəlakət zonasını tərk etməməyi tapşırıb. Vətəndaşlarla görüşərək, dövlətin onların yanında olduğunu deyib.


Sırdərya çayının daşıb məcrasından çıxması Özbəkistanla həmsərhəd olan Qazaxıstanda da böyük fəsadlar törədib. Türküstan vilayətinin Maktaaral, Jenis, sardoba, Jana Turmıs və Nurlı Jol rayonunda yaşayan sakinlər təxliyyə olunub. 5400 ailə məktəblərdə və digər mərkəzlərdə yerləşdirilib.


Qazaxıstan prezidenti Qasım Cömərd Tokayev də Türküstan vilayətində su daşqınından ziyan çəkənlərə təcili kömək göstərilməsi üçün tapşırıq verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür