“QHT-ləri "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" adlı kampaniyaya qoşulmağa dəvət edirik”

17:07 07-05-2020 | icon 494 | Cəmiyyət
“QHT-ləri "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" adlı kampaniyaya qoşulmağa dəvət edirik”

Nüşabə Məmədova: “Əsas məqsəd dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən QHT-lərin bir araya gətirilməsi və birgə fəaliyyətin təşkilidir

 

“Beynəlxalq Dialoq və İnkişaf Alyansı (IDDA) beynəlxalq arenada əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsi məqsədilə dünyanın tanınmış beynəlxalq təşkilatları, o cümlədən Fransanın “COJEP International” beynəlxalq təşkilatı ilə əməkdaşlıq edir. Bu ilin may ayından etibarən COJEP International-ın təşbbüsü ilə "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" adlı kampaniyaya start verilib”.

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, politoloq Nüşabə Məmmədova bildirib.

 

Politoloq qeyd edib ki, COVID-19 pandemiyasının yaratdığı qlobal geosiyasi, humanitar problemlər və sonrakı dönəmdə bu problemin aradan qaldırılmasının həllinə nail olmaq üçün dünyanın müxtəlif ölkələrində vətəndaş cəmiyyətləri qurumları ilə birgə "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" kampaniyasına başlanılıb:

“Əsas məqsəd dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən QHT-lərin bir araya gətirilməsi və birgə fəaliyyətin təşkilidir. Kampaniyaya qoşulmaqla mövcud prosesdə QHT-lərin qərar qəbuletmə və səmərəli proseslərdə yeri müəyyənləşəcəkdir. Kampaniya çərçivəsində ilk addım Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr.Tedros Adhanom Ghebreyesus ilə audiovizual görüşün keçirilməsidir”.

 

Hazırda Azərbaycanın qlobal COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkələrdən biri olduğunu vurğulayan Nüşabə Məmmədova qeyd etdi ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının bu sahədə təcrübələri, əldə etdikləri nəticələr var:

“Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq biz, COVID-19 pandemiyasının yaratdığı  qlobal geosiyasi, humanitar problemlərin və sonrakı dönəmdə bu problemin aradan qaldırılmasıda beynəlxalq əməkdaşlığa cəlb olunması məqsədilə vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatlarını təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu hesab edərək "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" adlı kampaniyaya qoşulmağa dəvət edirik”.

 

Qeyd edək ki, kampaniyaya qoşulmaq istəyən QHT rəhbərləri +994 51 340 33 99 whatsapp nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilər.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...