Bu gün Yerə ən yaxın məsafədən komet keçəcək

12:04 12-05-2020 | icon 716 | Maraqlı
Bu gün Yerə ən yaxın məsafədən komet keçəcək

SWAN kometi bu gün Yerə ən yaxın məsafədən (84 mln km) keçəcək.

 

Versus.Az xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatında bildirilir.

 

Məluamta görə, komet mayın 27-də isə periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən (64.4 mln km) keçəcək.

 

Astronomlar hesab edirlər ki, SWAN kometi bu aralar partlayış modunda olmalıdır. Bu müşahidəçilərə onu açıq gözlə görməyə şans yaradacaq. Bu yanma nəticəsində kometin parlaqlığı 3.5 ulduz ölçüsü pik həddinə çata bilər. Belə olduğu təqdirdə hətta Şimal yarımkürəsindən də o, rahat müşahidə oluna bilər.

 

Hazırda komet astronomların proqnozlarına əsasən, öz parlağlığını 8-dən 5-ə qədər artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə təmiz və qaranlıq səmada adi gözlə müşahidə olunsun. Bəzi müşahidəçilər artıq açıq gözlə izləyib və maraqlı şəkillərini də çəkiblər.

 

Qeyd edək ki, kometlərin xüsusiyyətlərindən də biri onların hərəkətlərinin proqnozlaşdıra bilinməməsidir. Kometi müşahidə etmək istəyənlər onun hazırkı mövqeyində axtara bilərlər. Daha dəqiq komet mayın 15-dəTriangulum (üçbucaq bürcü) bürcündə olacaq. 19, 20, 21 may gecələri SWAN kometi Alqol adlı ulduza yaxın olacaq.

 

Proqnozlara əsasən iyulun əvvələrində bu səma cismi özünün ən parlaq həddinə çatacaq.

 

Qeyd edək ki, martın 25-də Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən SWAN (Solar Wind Anisotropies instrument) kamerası vasitəsilə çəkilmiş şəkillər müşahidəçilərin diqqətini cəlb edib. Avstraliyalı həvəskar astronom Maykl Mattiazzo həmin şəkillər əsasında aprelin 11-də bir quyruqlu obyekti kəşf edib. Bu quyruqlu ulduz SWAN kometi adlandırılıb və C/2020 F8 (SWAN) kimi kataloqlara salınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili