“26 ildən sonra gözləməyə, səbr etməyə ehtiyac yoxdur”

13:05 12-05-2020 | icon 606 | Siyasət
“26 ildən sonra gözləməyə, səbr etməyə ehtiyac yoxdur”

Razi Nurullayev: “Azərbaycan Dağlıq Qarabağla bağlı planlarında daha tezləşdirici amillərə üstünlük verməlidir”

 

Bu gün - mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 26 il ötür. Atəşkəs rejimi davam edir və hələ də torpaqlar işğal altındadır. ATƏT-in Minsk Qrupunun Qarabağda münaqişənin həllinə dair heç bir üstünlüyə nail olmadığını əsas gətirən ekspertlər atəşkəs rejiminin əhəmiyyətsizliyini önə çəkirlər. 26 ildən sonra hansı addımlar atılmalıdır? Erməni separatçılarının sülhə gələcəyini daha nə qədər gözləməliyik?

 

Bu barədə Versus.az-a açıqlamasın deputat Razi Nurullayev bildirib.

 

Onun sözlərinə görə, atəşkəsin əldə olunmasından keçən bu 26 ildən sonra gözləməyə, səbr etməyə ehtiyac yoxdur:

 “Təbii ki, biz səbr etmək, dözmək istəmirik. Amma dünyada  baş verən hadisələri, prosesləri, geopolitik vəziyəti də nəzərə almaq lazım gəlir. O baxımdan Azərbaycan Dağlıq Qarabağla bağlı planlarında daha tezləşdirici amillərə üstünlük verməlidir. 26 il kifayət qədər müddətdir və artıq bundan sonra da səbr etməyə ehtiayac görmürəm”.

 

Deputat bildirib ki, bundan sonra hansı addımların atılacağını dövlət nümayəndələri, hökumət, Prezident çox gözəl bilir və bu yöndə işlər aparılır:

“Yeni kəşflərə ehtiyac yoxdur. Ya torpaqlar danışıqlar yolu ilə azad edilməlidir, ya da müharibə yolu ilə istəyimizə çatmalıyıq. Bu iki variantın sintezi də mümkündür. Yaxud elə etməliyik ki, Ermənistanın sülhə razılaşmaqdan başqa çarəsi qalmasın. Bu yöndə işlər aparılır, amma heç də asan deyil. Təklif, sual vermək, tələb etmək asandır, amma strategiya ilə həllə nail olmaq çətin”.

 

İllərdir aparılan danışıqların nəticəsiz qalmasının səbəblərinə gəlincə, R.Nurullayev burada işğaçı Ermənistanın öz faşist ideyalarından əl çəkmədiyini, beynəlxalq təşkilatların ikili standartlı fəaliyyətini əsas gətirib:

“Nəticələr ona görə yoxdur ki, Ermənistan çirkin niyyətindən əl çəkmir və hələ də beynəlxalq təşkilatlar tərəfindən ona ciddi təzyiqlər yoxdur. Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. Lakin Rusiyanın mövqeyində bizə meyllənmə var və ümid etmək olar ki, proses bizim lehimizə işləyəcək. ATƏT-in Minsk Qrupu isə baş qatmaqla məşğuldur. Onların nə səlahiyyəti var, nə də sözlərinin çəkisi. Qrupun üzv ölkələrinin dövlət başçılarının iradəsi lazımdır ki, Minsk Qrupu dişli təşkilata çevrilsin. Hələ ki, baş girələyirlər”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür