“Karantin rejimi bu ilin sonuna qədər davam edəcək”

20:06 15-05-2020 | icon 1577 | Gündəm
“Karantin rejimi bu ilin sonuna qədər davam edəcək”

Ramin Bayramlı: "Qaydalar çərçivəsində yaşamağa alışmalıyıq"

 

“Bütün dünya ölkələri sərt karantin rejimi əvəzinə insanları virusla birgə yaşamağa öyrəşdirməyə başlayıb”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Bayramlı deyib ki, yaxın 1 il ərzində vaksinin əldə olunması gözlənilmir:

“Virusu orqanizmdən kənarlaşdırmaq üçün dərman da yoxdur. Bütün amillər deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.

 

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək:

“Ola bilər ki, xüsusi karantin rejimindən çıxaq. Tibb müəssisələrimizin resursları, tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunması və müalicəsinə adekvatdır. Ancaq bu yükün nə dərəcədə artması vətəndaşlarımızın sosial məsuliyyətindən asılı olacaq. Ən azı ilin sonuna qədər karantin rejimində, tibbi maska və əlcəklərdən istifadə etməklə kontrollu həyat tərzi ilə yaşayacağıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...