28 ildir işğalda qalan Laçının deputatı niyə bu gün susdu?

21:36 18-05-2020 | icon 1851 | Siyasət
28 ildir işğalda qalan Laçının deputatı niyə bu gün susdu?

Mahir Abbaszadə Laçının işğal günüdə susaraq “danışdı”

 

 

 

Düz 28 il əvvəl erməni faşistlərinin həmləsi və məsuliyyətsizliyin, biganəliyin, laqeyd, tənbəl yanaşmaları nəticəsində Laçını itirdik. Azərbaycan ictimaiyyəti dünyada təbliğat müharibəsinin getdiyini anlayaraq  torpaqlarımızın işğalda qalması haqqında hər gün danışmalı, dünyanın diqqətini işğal faktına yönəltməlidir. Təbii ki, vətəndaş özü bu siyasətdə aktiv olmalı və mütləq özünə seçdiyi vəkilləri danışdırmalıdır. Bəli, güc birlikdə olmaq, birlikdə mübarizə aparmaqdadır. Hər dəfə, hər gün işğal altında qalan ərazilərimizlə bağlı, düşmənin Qarabağda apardığı mənfur siyasət, beynəlxalq təşkilatların bu prosesdə sərgilədiyi əks mövqe və çıxış yollarının aranması ətrafında ictimai-siyasi fəallığı ilə seçilən, xüsusilə də millət vəkillərinin çıxışları əhəmiyət kəsb edir.

 

Bu mənada Versus.az olaraq 28 il işğalda qalan Laçınla bağlı 5 sualla deputat, millətin vəkili Mahir Abbaszadəyə müraciət etdim və çox səriştəsiz bir millət vəkili olduğuna şahid oldum.

 

Mahir Abbaszadə əvvəlcə telefonla müsahibə vermədiyini dedi.  Telefon, sosial şəbəkələr vasitəsi ilə müsahibə və açıqlamaların verilməsinin çoxdan dövrün tələbinə çevrildiyini xatırladandan sonra, Mahir bəylə razılaşıb sualları onun votsap nömrəsinə göndərdim. Beləcə, müsahibənin işlənməsi ilə bağlı 1 gün əvvəldən razılığa gəldik. Amma və lakin...

Mahir Abbaszadə susdu. Cavab verəcəyini desə də, əhəmiyyətsiz şəkildə nə zəngə cavab verdi, nə də votsap müraciətlərimizə cavab verməyi lazım bildi. Necə deyərlər, deputat bizi aldatdı.

 

Əslində Laçınla bağlı 28 ildir danışılır və onun azadlığının çox sadə bir reseptinin olduğunu bilirik. Güclənməli, bir olmalı və Ali Baş Komandanın hücum əmrini gözləməliyik...

Mahir bəylə yaranmış bu vəziyyət istər-istəməz başqa bir mövzunun sualını meydana çıxartdı: “28 illik torpaq itkisindən sonra yenə də danışmaqdan çəkinən, bu barədə hər zaman onun sözünü seçicilərinə çatdıran, seçkilərdə təbliğatını aparan bir mediaya Laçınla bağlı danışmağa vaxt tapmayan Abbaszadə nə üçün deputatdır?

Bu gün erməni siyasətçiləri Qarabağda, Laçında oturub bizə meydan oxuyur. Öz faşist niyyətlərini həyata keçirmək üçün parlamentində belə bir-biri ilə əlbəyaxa davaya çıxır, yalan danışır, amma həyasızcasına bağırır ki, “Qarabağ mənimdir”.  Laçınımızın deputatı, axı sən niyə bu gün susursan?

Erməni bir fürsət axtarır ki, dünyaya çıxsın və abırsızcasına “Laçın mənimdir”, “Qarabağ mənimdir”- desin və sırtıxcasına istəyir ki, dünya xəbərçiləri bunu tirajlasınlar. Bəs siz niyə susursuz, cənab deputatım?!

 

Axı siz yalan demirsiz, Laçın Azərbaycanın ən səfalı diyarıdır, Laçın erməni faşistləri tərəfindən bu gün də talanır, yağmalanır. Axı bizim sərhədlərimiz pozulub, əsirlikdə qalan girovlarımız var. Axı...buna necə susmaq, necə danışmamaq, necə bir kütləvi informasiya vasitəsi tapıb onun vasitəsi ilə “bağışla Laçın, səni qoruya bilmədim, amma səni azad edəcəm, yağı düşmən heç də qürrələnməsin. O mənim torpaqlarımda uzun müddət yaşaya bilməz, Rədd ol mənim torpaqlarımdan, evimdən”- demək istəməsin?!..

 

Bu gün danışa bilməyən, yaxud bunu lazımsız bilən, belə bir gündə də qanı coşmayan, sözlə belə döyüşə bilməyən deputatdan hansı millət vəkilliyini gözləmək olar?

Hörmətli laçınlılar, deputatınızı dəyişin, o sizin hər hansı bir məsələnizi Milli Məclisdə qaldırıb, onun həllinə çalışacaq bir söz gücünə malik olmadığını göstərir.

Bu gün Laçının işğalından 28 il keçir. Neçə-neçə igid oğullar canını qanını bu vətən uğrunda döyüşlərdə fəda ediblər. Onların qarşısında baş əyirəm. Şəhidlərimin qarşısında baş əyirəm.

 

Mahir Abbaszadənin vaxtilə mətbuat tərəfindən “lal deputat” statusunu aldığını bilsəm də, Milli Məclisdə oturan siyasətçinin belə bir gündə susma hüququnun olmadığını düşünüb, təkrar xahiş etdim ki, sualları cavablayın və çoxsaylı laçınlılar bu gün özünün vəkilinin işğalla bağlı deyəcəyi fikirlərindən ruhlana bilər, 28 illik işğal yorğunluqları aradan qaldırılar. Amma Mahir Abbaszadə susdu!

Bu da bizim millət vəkili, özü də işğal altında qalan Laçından seçilən millət vəkili. Bir söz deyə bilməyən Mahir Abbaszadəni nə deyib millət vəkili seçdiniz? Fakt budur ki, bu gün bu qədər laçınlının, ictimaiyyətin qarşısında susdu...

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

Cəbhədə gərginlik

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri