“Barselona” və “Mançester Siti” müdafiəçilərini dəyişir


İspaniyanın “Barselona” klubunun futbolçusu Nelson Semedunun karyerasını davam etdirmək istədiyi komanda bəlli olub.
Versus.Az xəbər verir ki, müdafiəçi İngiltərənin “Mançester Siti” klubuna keçmək niyyətindədir.
26 yaşlı futbolçunun İtaliya “Yuventus”una keçəcəyi də bildirilirdi. O, Miralem Pyaniçlə bağlı alqı-satqı çərçivəsində klubunu dəyişməli idi.
Lakin portuqaliyalı Premyer Liqa təmsilçisinə keçməyə qərar verib. Baxmayaraq ki, mançesterlilər Çempionlar Liqasından kənar qalacaq.
Onun “Mançester Siti”yə keçidi qarşılığında Joau Kanselu “Barselona”ya yollanmalıdır. İki klub arasında ilkin razılıq əldə olunduğundan transferin bu yay rəsmiləşməsi gözlənilir.
Xəbər lenti

“Mən o vaxt bu şeiri yazanda təsəvvür eləmirdim ki...” – MÜSAHİBƏ
Sabir Rüstəmxanlı: “Bu bizə imkan verir sabah deyək ki, Ermənistandan çıxarılan əhalimiz öz yerlərinə qaytarılsın”