İran parlamentində yerdəyişmə nədən xəbər verir?

15:23 28-05-2020 | icon 798 | Geopolitika
İran parlamentində yerdəyişmə nədən xəbər verir?

Elxan Şahinoğlu: “Xameneyinin mesajının mənası aydındır”

 

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilib. Parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. Onun sədrliyə namizədliyi irəli sürüldükdən sonra açıq səsvermə keçirilib. Səsvermədə iştirak edən 264 Məclis üzvündən 230-u Qalibafın lehinə səs verib. Səsvermədə namizədlikləri irəli sürülən digər namizədlər - Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər Qalibafın xeyli gerisində qalıblar. Ancaq onlara da vəzifə tapılıb. Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər yeni spikerin 1-ci və 2-ci müavinləri vəzifəsinə təyin ediliblər.

 

Versus.Az xəbər verir ki, bunu məsələ ilə balı şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 

Parlamentin keçmiş spikeri Əli Larincaninin də işsiz qalmadığını qeyd edən Elxan Şahinoğlu İranın ali dini lideri Ayətullah Xamenei Əli Larincanini özünə müşavir və Məsləhət Şurasının üzvü təyin etdiyini vurğuladı. Politoloq bildirdi ki, Əli Larincani və onun müxtəlif dövlət vəzifələrində yer alan ailə üzvləri İranda məşhurdular:

“Əli Larincani vaxtilə prezidentliyə də iddialı idi. Larincani müxtəlif zaman kəsiyində gah mühafizəkar, gah da şərti adı islahatçılar olan qanadın təmsilçisi kimi çıxış edib. Ancaq əgər ali dini lideri Əli Larincani özünə müşavir təyin edibsə, demək keçmiş spiker yenidən mühafizəkar baxışlara qayıdıb.

Bəs parlamentin yeni spikeri kimdir?

Məhəmmədbağır Qalibaf vaxtilə “Sepah” təşkilatının komandirlərindən biri olub. O 2000-2005-ci illərdə İranın polis komandanı, 2005-2017-ci illərdə isə Tehranın meri vəzifəsində çalışıb. O, Tehranın meri vəzifəsində çalışarkən ismi müxtəlif qalmaqallarda hallansa da, hər dəfəsində təhlükədən qurtula bilib. Məhəmmədbağır Qalibaf iki dəfə prezident seçkisində iştirak edib. O 2013-cü ildə  “Ədalət və İnkişaf” seçki koalisiyasından prezident seçkilərində iştirak edərək 6 milyon çox səs toplamaqla ikinci olub.  İndi isə Məhəmmədbağır Qalibaf mühafizəkarların tanınmış nümayəndəsi kimi parlamentin sədri seçilib. Son parlament seçkisində mühafizəkar millət vəkillərinin sayı artıb.

Xameneyi rəsmi internet səhifəsində işinə başlayan yeni Məclisə bu şəkildə mesaj da göndərib: “Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdəki səhlənkarlıq, eləcə də sağlam olmayan etnik, regional və tayfa mənsubiyyəti əsasında qütbləşmə ən ciddi təhlükədir...”

İranın ali dini liderini bu cür mesaj yayınlamağa nə məcbur edib?

Keçmiş parlamentdə bəzi hallarda qeyri-fars millət vəkilləri qruplar formalaşdırır və digər qruplarla ortaq hərəkət edir, müxtəlif açıqlamalar verirdilər. Məsələn, 2016-cı ildə İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası yaradıldı. Bu fraksiyadan 100-dən artıq millət vəkili yer almışdı. Bu fraksiyada yer alan millət vəkilləri müzakirələrdə türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini qaldırır və müxtəlif nazirlərin siyasətini tənqid edirdilər. Ancaq daha sonra həmin fraksiyanın fəaliyyəti faktiki dayandırıldı. Doğrudur, ayrı-ayrı millət vəkilləri Məclisdəki çıxışlarında mərkəzi hakimiyyətin və ayrı-ayrı nazirlərin bölgələrə diqqətsizliyini yenə tənqid edirdilər, ancaq bu artıq fraksiyadan kənar idi.

Xameneyinin mesajının mənası aydındır. Ali dini lider Amerikanın sanksiyaları fonunda ölkəsində iqtisadi və sosial problemlər, o cümlədən koronavirusla mübarizənin davam etdiyi dönəmdə mərkəzi hakimiyyətin nəzarətindən kənar proseslərin təhlükəli olduğunu güman edir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər