Poçt rabitəsinin yaradılmasından 202 il ötür

10:10 01-06-2020 | icon 338 | Cəmiyyət
Poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt işçiləri bayram edir

 

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1830-cu ildə Şamaxı, Şuşa şəhərlərində 1-ci dərəcəli poçt kontorları, 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaradılıb.

 

Versus.Az xəbər verir ki, Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə gündəlik daşınması 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlayıb. Poçtun dəmiryolu və dəniz nəqliyyatı ilə daşınması Azərbaycanda poçt rabitəsinin inkişafına xeyli dərəcədə təkan verib.

 

1918-ci il 6 oktyabrda Poçt və Teleqraf Nazirliyinin yaradılması ilə Azərbaycan poçtunun yeni inkişaf dövrü başlayıb. Respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb.

 

II Dünya müharibəsi ərəfəsində respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə yüksələrək 524-ə çatdırılıb.

 

Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artan poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib. Fədakar poçt işçiləri bu işin öhdəsindən məharətlə gəlib. 1945-ci ildə Poçt Ekspedisiyası təşkil edilib. Bu, beynəlxalq poçt göndərişlərinin hərəkətinə və qorunub saxlanmasına imkan yaradıb. 

 

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb.

 

““Azərpoçt” respublikamızda poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olduğuna görə onun üzərinə böyük vəzifələr düşür. Bu baxımdan bizim missiyamız həm fərdi şəxsləri, həm də biznes qurumlarını geniş çeşiddə və mümkün qədər daha böyük ərazidə keyfiyyətli poçt-maliyyə xidmətləri ilə tam təmin etməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. Hazırda qurumun 63 Poçt filialı, 7 Rabitə qovşağı, 3 törəmə müəssisəsi, 1497 Poçt şöbəsi və 84 Poçt agentliyi mövcuddur”,- deyə “Azərpoçt” bəyan edib

 

Bir sıra nüfuzlu təşkilatların üzvü olan “Azərpoçt” Ümumdünya Poçt İttifaqının EMS (sürətli poçt xidmətləri) kooperativi tərəfindən dünyanın 160-dan çox poçt operatoru arasında sürətli poçt xidmətinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görülüb. 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevral ayının 10-dan “Şəbəkə” layihəsinin tətbiqinə başlayıb. “Şəbəkə” xidmət mərkəzlərində nazirliyin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, yəni Səbail, Yasamal (2), Binəqədi (2) və Xəzər rayonlarında, digər 4-ü Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərində yerləşir. Hazırda “Şəbəkə” xidmətinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin respublikanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır.

 

Bu gün “Azərpoçt” MMC, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə, bazar və bayram günləri də xidmət göstərir. 169 Çağrı Mərkəzi vasitəsilə 24 saat ərzində vətəndaşların sualları cavablandırılır, təklifləri eşidilir və dəyərləndirilir. Bir sözlə, “Azərpoçt” MMC bu gün də quruda, dənizdə və havada fəaliyyətini uğurla davam etdirir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...