"Sosial şəbəkələrlə bağlı xüsusi qanuna ehtiyac yoxdur"

10:59 02-06-2020 | icon 272 | Siyasət
"Sosial şəbəkələrlə bağlı xüsusi qanuna ehtiyac yoxdur"

Sərdar Cəlaloğlu: “Sosial şəbəkələrin fəaliyyəti “Mətbuat haqqında qanun”a uyğun bir şəkildə tənzimlənməlidir”

 

“Sosial şəbəkələrin fəaliyyəti “Mətbuat haqqında qanun”a uyğun bir şəkildə tənzimlənməlidir”.

 

Bunu Versus.az-a ADP sədri Sərdar Cəlaloğlu ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarətlə bağlı verdiyi son qərarın özünü Azərbaycanın sosial şəbəkələrində hansı hüququ aspektdə biruzə verə bilməsi ilə bağlı açıqlamasında deyib.

 

S.Cəlaloğlu hesab edir ki, sosial şəbəkələrin fəaliyyəti “Mətbuat haqqında qanun”a uyğun bir şəkildə tənzimlənməlidir:

“Çünki sosial şəbəkələr özü də kütləvi informasiya vasitələrinin bir formasıdır. Ona görə də xüsusi qanuna ehtiyac yoxdur. Kütləvi informsiya vasitələri haqqında qanun eyni zamanda sosial şəbəkələrdə də tətbiq olunmalıdır”.

 

O ki, qaldı Trampın məlum qərarının Azərbaycanda necə əks olunması məsələsinə, partiya sədri belə məsələlərin ABŞ-la müqayisə edilib, eyni şəkildə yerinə yetirilməsini yalnız bərabər güc və imkanlar daxilində reallaşması əsasında mümkün hesab edib. Onun fikrincə, ABŞ-da olan demokratiya və azadlığa uyğun məhdudiyyətlər də bərabər olmalıdır.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür