“Yeni parlamentdə fikir ayrılıqları çoxdur”

14:06 02-06-2020 | icon 766 | Siyasət
“Yeni parlamentdə fikir ayrılıqları çoxdur”

Könül İsmayılova: “Azərbaycanın ümummilli məsələlərində deputatlar da həmrəy olmalıdırlar”

 

“Təyin olunmuş deputatlarımız niyə fərdlər uğrunda bir-birini tənqid atəşinə tutublar. Axı biz fərdlər yox, torpaq uğrunda mübarizə aparmalıyıq”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Parlamentin dünənki iclasında millət vəkillərinin bir-birinə qarşı tənqidi fikirlər səsləndirməsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

 

K.İsmayılova bildirib ki, parlamentdə çıxışlarında reallığı ortaya qoyan deputatlar tənqid edilməməlidir:

“Bu gün hər hansı yüksək ranqlı məmurun adı çəkilirsə, niyə qıcıq olmalıyıq? Həmin məmur tutduğu vəzifəyə ona görə təyin olunub ki, xalqa xidmət etsin. Layiqli xidmət edə bilməyənlərin o kürsünü zəbt etməyə haqqı yoxdur”.

 

MMP sədr müavini qeyd edib ki, yeni parlamentdə fikir ayrılıqları çoxdur:

“Torpaqları işğalda olan bir azərbaycanlı olaraq bizi maraqlandıran ən vacib məsələ Qarabağ problemidir. Bu ümummilli məsələdə deputatlar da həmrəy olmalıdırlar. Bilməlidirlər ki, müdafiə etdikləri məmurlar o kresloda əbədi qalmayacaqlar”.

 

K.İsmayılova hesab edir ki, bu gün parlamentdə haqq söz sahibini tənqid edənlər məhz xalq tərəfindən seçilməyənlərdir:

“Necə deyərlər, hazıra nazir olduqlarından xalqın problem ilə deyil, dəstəkləndikləri məmurların maraqlarından çıxış edirlər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili