Erməninin ortaya atdığı siyasi manevr

22:07 03-06-2020 | icon 498 | Geopolitika
Erməninin ortaya atdığı siyasi manevr

Vüqar Rəhimzadə: “İnsanlarımız sosial şəbəkələrdə ayıq-sayıq olmalı, təxribatçı, böhtan xarakterli fikirlərə uymamalıdır

 

Xəbər verdiyimiz kimi, “Armnews” telekanalının qonağı olan Qrant Baqratyanın “Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim” – açıqlama verib. Azərbaycan ekspertləri hesab edir ki, burada Baqratyanın “Azərbaycan sevgisi”ndən söz gedə bilmədiyi üçün yenə də Azərbaycana qarşı növbəti erməni təxribatının, məkirinin gizləndiyi önə çıxır.

 

Tanınmış media qurumunun rəhbəri Vüqar Rəhimzadə Versus.Az-a açıqlamasında erməni baş nazirin məlum açıqlamasını Ermənistanın tarixən riyakarlığa, simasızlığa, terrorizmə dəstək verən siyasətinin davamı kimi qiymətləndirib.

 

O, bəyan edib ki, Ermənistan xarici havadarlarının vasitəsi ilə idarə olunan terrorçu bir dövlətdir, Ermənistan hakimiyyəti cəmiyyətdə özünün varlığını təsdiq etmək, əhalini çaşdırmaq, öz bərbad durumunu ört-basdır etmək üçün daim belə riyakar əməllərdən istifadə edir:

“Bu gün Ermənistanda sosial-siyasi durum, əhalinin vəziyyəti çox ağırdır. Ümumiyyətlə, Ermənistanda iqtisadi inkişafdan söhbət belə gedə bilməz. Ermənistan yalnız xarici hafadarlarının maliyyə dəstəyi hesabına özünü saxlaya bilir. Belə dəstəklər ona oksigen havası kimi nəfəs verir”.

 

V.Rəhimzadə diqqəti Ermənistanın Qarabağda həyata keçirdiyi özbaşınalıqlara, torpaq iddiası ilə etdiyi sərsəm çıxışlara yönəldərək, bu çıxışlarının hərbi gücləri ilə qətiyyən uyğun gəlmədiyini deyib. Bildirib ki, Ermənistanın hərbi gücü çox aşağı səviyyədədir, Azərbaycanın hərbi qüdrəti ilə müqayisə oluna bilməz.  Azərbaycan hərbi gücünə görə dünyanın 50 ölkəsi sırasında yer alır.

 

Onun sözlərinə görə, erməni təxribatçısının nə deməsindən asılı olmayaraq, beynəlxalq hüquqa söykənən Azərbaycan öz torpaqlarını hansı yolla olursa olsun, azad etmək hüququnu özündə saxlayır. Hələlik isə Azərbaycan özü gücünü səfərbər edir:

“Ermənistan keçmiş baş nazırının məlum açıqlamasını təbii ki, ortaya atılmış siyasi manevr kimi qiymətləndirirəm. Azərbaycan belə təxribatlara uyan deyil və daim düşünülmüş siyasət həyata keçirir. Azərbaycanın dövlət siyasəti çox dəqiq və düzgündür. Bütövlükdə görülən bütün işlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib”.

 

V.Rəhimzadə hesab edir ki, Ermənistanın Azərbaycanla bağlı çıxışlarında ölkə əhalisini qıcıqlandıran, təxribatçılıq məqsədi güdülür. Onun fikrincə, ölkəmizə qarşı aparılan bu ideoloji müharibədə hər kəs, o cümlədən sayt və qəzetlər, sosial şəbəkələr öz sözünü deməlidir:

“Bu gün Azərbaycanda kifayət qədər peşəkar jurnalistika formalaşıb.  Artıq son illər elektron mediamız müəyyən qüsurlarının olmasına baxmayaraq yaxşı mənada fəaliyyət göstərir. Bizim başlıca məqsədimiz Ermənistanın simasızlığını, terrorçu xislətini açmaq, beynəlxalq sülh, beynəlxalq aləm üçün nə qədər təhlükəli olduğunu dünyaya çatdırmaqdır. Biz davamlı şəkildə bu təbliğatı aparmalıyıq və beynəlxalq media qurumlarına çıxaraq, Ermənistanın vandalizm siyasətini ifşa edən məqalələrlə çıxış etməliyik”.

 

V.Rəhimzadə bildirib ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı bu ərəfədə  hər bir insan vətəndaşlıq yanğısı ilə çıxış etməlidir:

“Bu gün sosial media, sosial şəbəkələr üzərindən ölkəmizə qarşı təxribatçı fikirlər də səslənir. Eləcə də belə bir şəraitdə Azərbaycan dilli saytlar yaradıb ölkəmiz əleyhinə işlər aparmaq istəyən, Azərbaycanın apardığı siyasətə kölgə salıb, Ermənistanın siyasətinə “pozitiv” don geyindirməyə cəhd göstərən saytların olması da mümkündür. Ona görə də, insanlarımız sosial şəbəkələrdə ayıq-sayıq olmalı, təxribatçı, böhtan xarakterli fikirlərə uymamalıdırlar. Ümumiyyətlə, insanın daxilində bir vətəndaşlıq yanğısı olmalıdır.  Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəsdə vətənini sevmək yanğısı, vətəninə bağlılıq yanğısı, vətəninin həqiqətlərini təbliğ etmək yanğısı sosial media, sosial şəbəkələr, elektron media qurumları üzərindən Ermənistanın terrorçu, işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmalıdırlar. Hər birimiz düşünməliyik ki, Vətən üçün, vətənimin təəssübü üçün bu gün nəsə etdimsə, sabah bundan iki dəfə artığını etməliyəm. Məsələyə bu prinsiplə yanaşmalıyıq. Hər bir media əməkdaşı Azərbaycanın haqq işi, mənafeyi naminə, Ermənistanın quldur, terrorçu mövqeyi ni dünyaya çatdırmalıdır”. /“Üç nöqtə”/

 

T.QAFARLI
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR