"Karantin rejimi sərtləşdirilməlidir"

15:46 04-06-2020 | icon 352 | Siyasət
"Karantin rejimi sərtləşdirilməlidir"

 

Partiya sədri: "Prezidentin maskadan istifadə etməsi hər bir vətəndaşa nümunə olmalıdır"

 

"Cənab prezidentin Tərtər rayonunda etdiyi çıxışı zamanı maskadan istifadə etməsi hər bir vətəndaşa nümunə olmalıdır".

 

Versus.Az xəbər verir ki, bunu karantin rejiminin yenidən gücləndirilməsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

 

Azərbaycanda pandemiya başlayandan ölkə prezidentinin özünün şəxsi cəsarəti və xalqa olan sevgisi nəticəsində bu məsələdə çox ciddi addımlar atıldığını deyən MMP sədri bildirdi ki, son günlər karantin qaydalarında yumşalmalar oldu və vətəndaşlarımız da bundan istifadə etdilər:

"Düşünürəm ki, artıq yoluxanlarla sağalanlar arasında böyük fərq var. Karantin rejimi sərtləşdirilməlidir. Bunun üçün biz MMP olaraq rayon təşkilatlarına təbliğat aparmaları üçün yardım edəcəyik. Cənab prezidentin Tərtər rayonunda etdiyi çıxışı zamanı maskadan istifadə etməsi hər bir vətəndaşa nümunə olmalıdır".

 

Hafiz Hacıyev mövcud vəziyyətin stabilləşdirilməsi və yardım məqsədilə apteklərdə maskaların vətəndaşlara pulsuz verildiyini də vurğuladı:

"Apteklərdə maskaları hədiyyə edirlər. Şəxsən mən maskanı pulsuz almışam. Düşünürəm ki, biz qoyulan qaydalara riayət etsək, çox qısa müddətdə pandemiya aradan qalxacaq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür