"Bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın"

21:05 04-06-2020 | icon 877 | Sağlamlıq
"Bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın"

Rəşad Mahmudov: "Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir"

 

"Bu günki vəziyyət və ümumiyyətlə Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra son 10 gün içərisində koronavirusa yoluxmaların tendensiyasına baxdığımız zaman daha sərt tədbirlərin görülməsinə zərurət yarandığını görürük".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

R.Mahmudov bildirib ki, xəstəxanalarda yatan koronaviruslu xəstə sayının artımı, ağırlaşmaların dərəcələri, analiz sayı ilə yoluxan insanların sayı arasında olan nisbətin artımı və digər faktorlar həftə sonları sərt karantin rejiminin tətbiq olunmasını zərurətə çevirir:

"Birmənalı olaraq hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və eləcədə ölkədə ola biləcək növbəti dalğanın nəzarətdən çıxmaması üçün, eyni zamanda, səhiyyə sistemi nə qədər hazırlıqlı olmuş olsa da belə ola biləcək çox yüksək dalğalarda səhiyyə sisteminin çöküşünün olmaması üçün, eləcə də səhiyyə sistemində digər xəstəliklərdən əziyyət çəkən insanların təcili vəziyyətlərində müalicəsinin təşkili üçün məcburiyət qarşısında hökumət tərəfindən sərtləşmənin aparılması təqdirəlayiq və düzgün addımdır. Əlbəttə ki, bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyaya dönməsi və yenidən yumşalmanın davam etdirilməsi hər birimizin arzusudur. Amma bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür