“Zərbə-dalğa terapiyasından qorxmayın”

13:08 26-08-2023 | icon 1150 | Sağlamlıq
“Zərbə-dalğa terapiyasından qorxmayın”

Nərminə Abbasova: “Yüz eşitməkdənsə, bir dəfə gəlib görsünlər”

 

Zərbə-dalğa terapiyası geniş yayılmaqdadır. Hər bir müalicə olunan şəxs bu terapiya ilə maraqlanır, bu yöndə bir çox sualları yaranır. Zərbə-dalğa terapiyası nə qədər effektlidir, müalicə proseduru necədir və sair.

 

Ailə həkimimiz, Mayomed Fizioterapiya və Reablitasiya Mərkəzinin rəhbəri terapevt Nərminə Abbasova mövzu ilə bağlı Versus.Az-a danışıb.

 

- Nərminə xanım, öncə zərbə-dalğa terapiyası ilə bağlı ümumi məlumat verərdiniz.

 

- Zərbə-dalğa terapiyası dayaq-hərəkət sisteminin müasir və effektiv müalicə üsuludur. Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru eşidilməyəcək dərəcədə, akustik səs dalğaları yaradan xüsusi cihaz vasitəsilə aparılır. Cihazın təmas etdiyi nahiyyədə bu akustik dalğalar toxumalarla yayılaraq sümüyə qədər nüfuz edir. Bu müalicə üsulu öz sadəliyinə və effektivliyinə görə geniş istifadə edilir. Sadə və eyni zamanda qəliz bir prosedurdur. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyyəsinə ötürülən ultrasəs dalğaları müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.

 

- Əksəriyyət bu fikirdədir ki, ümumiyyətlə hər hansı bu tip tibbi aparat bədəndə şüalar yaradır, pis xəstəliklərə yol açır. Bu fikirlər nə qədər doğrudur?

 

- Çox yanlış fikirlərdir. Yaxşı olardı ki, necə deyərlər, yüz eşitməkdənsə, bir dəfə gəlib görsünlər, həkimin özündən bu terapiya haqqında məlumat alsınlar.

 

Müalicə olunmaq üçün bədənin istənilən sahəsinə tətbiq olunur

 

- Oxucularımızı bu müalicə üsulu ilə məlumatlandırardınız.

 

- Zərbə-dalğa terapiyası zamanı birinci seansdan sonra ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir. Prosedurun müddətini həkim təyin edir. Seans 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər. Kurs müalicə intervallarla 4-7 seans təyin olunur.

Bu terapiya daban mahmızı və ya pəncə fassiti, epikondilit, padaqra, ostexondroz, osteortroz, axillodiniya, təndinoz, bursit, sinovit, liqamentoz, çiyin-kürək periaetropatiyası, miozit, sınıqların gec bitişməsi, yalançı oynaqlar, travmadan, endoprotezdən sonra ağrılar zamanı, yastıayaqlıq və sellülit zamanı tətbiq edilir.

 

- Zərbə dalğalı terapiya müalicəsi tətbiq olunan nahiyələrdə hansı dəyişikliklər izlənilir?

 

- Hüceyrədə maddələr mübadiləsi artır. Yerli qan dövranı yaxşılaşır. Kəskin və xroniki ağrılar azalır. Əzələlərin, vətərlərin, bağların zədələnmiş sahələrinin bərpası baş verir. Yerli iltihab və şiş azalır. 2-3 seansdan sonra xəstələrin 80 faizində ağrılar əhəmiyyətli dərəcədə azalır. Qeyd edim ki, bu terapiya daban mahmızının müalicəsində də effektivliyinə görə ən yüksək nəticələr göstərən müalicə metodikasıdır. 3-4 seansdan sonra ağrılar kəskin azalır.

Ümumiyyətlə, zərbə-dalğa müəyyən lezyonların və titrəyən toxumaların əməliyyatsız müalicəsi üçün ən təsirli üsuldur. Zərbə-dalğa şok dalğa müalicəsi olaraq da bilinir, təzyiq dalğalarının bədən xaricində yaradıldığı bir müalicə üsuludur. Əzələlərdə və oynaqlarda baş verən ağrılı spazm xəstəliklərinin, xüsusən də böyrək daşları və daban çıxıntıları kimi xəstəliklərin zərbə-dalğa ilə müalicəsində istifadə olunur. Yaranan şok, yəni təzyiq dalğaları polad başlı bir aplikator vasitəsi ilə müalicə olunmaq üçün bədənin istənilən sahəsinə tətbiq olunur.

 

 

- Nərminə xanım, yəqin siz də razılaşarsınız ki, xəstələr səbirsiz olur, elə ilk müalicədən sonra dərhal nəticəni görmək istəyirlər. Onlara nə demək istərdiniz?

 

- O cür pasientlərlə çox rastlaşırıq. Hətta elələri olur ki, hələ müalicəyə başlamamışdan soruşur ki, sağalmağıma zəmanət verirsiniz. Onları anlayışlı qarşılayırıq və başa salmağa çalışırıq ki, hər bir insan sağala bilər, yetər ki, vaxtında müayinəyə gəlsin, həkimin tövsiyələrinə əməl etsin və müalicəsində davamlı olsun. Daha birinci seansla kifayətlənib müalicəsini yarımçıq saxlamasın.

Məlumat üçün deyim ki, müalicənin effektivliyi ilk seansdan görünməyə başlayır. Hər seansdan sonra xəstə özünü daha yaxşı hiss edir. Müalicə seanslar arasında uzun uzanan məşqlərlə dəstəklənir. Məşq terapiyasının təsiri ilə xəstənin ağrı və şikayətləri əhəmiyyətli dərəcədə azalır.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR