Levon Ter-Petrosyan da həyəcan təbili ÇALDI

13:51 06-06-2020 | icon 693 | Geopolitika
Levon Ter-Petrosyan da həyəcan təbili ÇALDI

Elxan Şahinoğlu: “Ermənistanda “Paşinyan istefa verməlidir” səsləri güclənir”

 

“Ermənistanın baş naziri Nikol Paşinyan başını itirib. İşğalçı ölkədə koronavirusa yoluxanların sayı artır. Paşinyanın “maska taxın, sosial məsafəyə riayət edin” çağırışları əvvəlkitək qulaqardına vurulur”.

 

Bunu Versus.az-a açıqlamasında “Atlas Araşdırmalar Mərkəzi“-nin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu Paşinyanın koronavirusla mübarizədə sonuncu üsula əl atdığını deyib. Politoloq Paşinyanın Ermənistanda epidemiya əleyhinə hərəkatın yaradılması ilə təklifinin mahiyyətini təhlil edib:

“Birincisi, Paşinyanın məntiqinə görə, hər bir erməni karantin qaydalarına əməl etməlidir. Bu çağırışda yeni heç nə yoxdur.

İkincisi, karantin qaydaların əməl edən erməni başqalarından bu qaydalara əməl  etməyi tələb etməlidir.

Üçüncüsü, Paşinyan karantin qaydalarını pozanların şəkillərinin sosial şəbəkələrdə paylaşılmasını təklif edib.

Görünür, Paşinyan ermənilərin bir-birindən şikayət etməsini işə yarayacağını düşünür. O sosial şəbəkələrdə paylaşılan şəkilləri araşdırmaq məqsədilə polisdə monitorinq qrupunun yaradılığını bildirib. Yəni Paşinyanın məntiqinə görə, həmin monitorinq qrupu qaydaları pozanları müəyyənləşdirib onlara cəza kəsməlidir. Ancaq hazırda polis özü ağır vəziyyətdədir. Ermənistanın polis rəisi Arman Sarkiosyanın son açıqlamasına görə, 100-dən çox polis koronavirusa yoluxub”.

 

Politoloq bildirib ki, Ermənistanda vəziyyət o dərəcə kritikdir ki, illərdir susan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da açıqlama vermək məcburiyyətində qalıb:

 

“Levon Ter-Petrosyan Ermənistandakı vəziyyəti, “müharibə” adlandırıb. O bunu belə izah edib: Birincisi, koronavirus Ermənistana müharibə elan edib. İkincisi, bu müharibəyə görə bütün məsuliyyət hökumətin üzərindədir. Üçüncüsü, bu vəziyyətdə hökumətə qarşı savaşan istər-istəməz xalqı satır. Müharibə dövründə daxili mübarizə ağılsızlıqdır və heç bir məntiqə sığmır”.

 

Politoloq hesab edir ki, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tələbəsi Nikol Paşinyanı müdafiə edib. Çünki, hər ikisinə bəllidir ki, Robert Köçəryan və Serj Sərkisyan tərəfdarları Ermənistanda ağırlaşan vəziyətdən hökumətin mövqelərini zəiflətmək üçün istifadə edəcəklər.

“Bu mümkün ssenarilərdən biridir. Ermənistanda hətta epidemiya zəifləsə belə iqtisadiyyatı əvvəkli axarına qaytarmaq çətin olacaq. Bu Paşinyanın imkanı xaricindədir. Belə vəziyyətin yarandığını heç Paşinyan da gizlətmir. Demək, Paşinyana müxalif olan güclər üçün münbit şərait yaranır. Həmin güclər artır fəallaşıblar və Ermənistanda “Paşinyan istefa verməlidir” səsləri güclənir. Levon Ter-Petrosyan isə hakimiyyətdə təmsil olunmasa da, vaxtilə onu devirən güclərin – “Qarabağ klanının” yenidən hakimiyyəti ələ keçirməsini istəmir. Ancaq indiki ağır vəziyyətdə bu ondan asılı məsələ deyil”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM