Ukraynada bir ilk

15:34 30-04-2024 | icon 214 | Dünya
Ukraynada bir ilk

Qadınlardan ibarət PUA bölməsi yaradılacaq

 

Ukraynada könüllü qadınlardan ibarət PUA bölməsi yaradılacaq. Bu bölmə Ukrayna Müdafiə Qüvvələri ilə sıx inteqrasiya şəraitində pilotsuz aviasiya sistemləri ilə məşğul olacaq.

 

Bu barədə “Orden Santyaqo” dronlarının rota komandiri İqor Lusenko “Facebook” səhifəsində məlumat verib.

 

“Bu, (nisbətən) mürəkkəb sistemlərlə işləri əhatə edir ki, texniki savad, diqqət və dəqiqlik, baza mühəndislik bacarıqları və yaradıcı taktiki düşüncə tələb edir”, - deyə o bildirib.

 

Bölməyə 18 yaşdan yuxarı xanımlar qoşula bilərlər. PUA-ların və ya oxşar sistemlərin idarə edilməsi, istismarı, təmiri, texniki xidməti sahəsində bilik və təcrübə meyarları üstünlük kimi qiymətləndiriləcək.   

 

“Həmçinin, təbii ki, istehkamçılıqdan tutmuş həkimliyə və ya atıcılığa qədər, hərbi bacarıqlar, proqramlaşdırma, texniki ixtisaslar (elektronika, radio və s.) üzrə iş təcrübəsi də üstünlük olacaq. Amma öyrənmək istəyi və komandaya uyğunlaşmaq əsasdır”, - deyə Lusenko qeyd edib.

 

Məlumata görə, müraciət etmək istəyənlər müvafiq “Google” formasını dolduraraq ərizələrini təqdim edə bilərlər.

 

 

Ərizələr təqdim edildikdən sonra rəqabətli seçim aparılacaq və namizədlərin bölmə daxilində döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətləri müəyyən ediləcək. Həmçinin təlim, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yoxlamalar və nəhayət, bölməyə qəbulla bağlı yekun qərar nəzərdə tutulub.

 

İqor Lusenko eyni zamanda kişilərin də müraciət edə biləcəyini əlavə edib.

 

“Orduda xidmət etmək və PUA-larla işləmək istəyən kişilər, məlumatlarınızı eyni formada təqdim edin, sizin üçün seçimlər edilə bilər”, - deyə o bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər