Deputatdan Cəmil Həsənli və Milli Şura üzvlərinə CAVAB

18:24 09-06-2020 | icon 506 | Siyasət
Deputatdan Cəmil Həsənli və Milli Şura üzvlərinə CAVAB

Razi Nurullayev: "Özlərini "ana" müxalifət rolunda görənlər mənəvi cəhətdən yıpranıblar"

 

"Hər kəsin seçdiyi və doğru bildiyi siyasi yol var. Cəmil Həsənli və Milli Şura üzvlərinin dialoq iştirakçılarına bu şəkildə aşağılayıcı yanaşması biabırçı durumdur".

 

Versus.Az xəbər verir ki, bunu Milli Şuranın növbəti onlayn görüşündə Cəmil Həsənlinin hakimiyyətlə dialoqa müsbət yanaşan siyasi partiyalara ünvanladığı aşağılayıcı ifadəyə açıqlamasında deputat Razi Nurullayev bildirib.

 

R.Nurullayev vurğulayıb ki, müxalifət olmaq, siyasi yol seçmək üçün Cəmil Həsənlidən lisenziya alınası deyildi:

"Təəssüf edirəm ki, özlərini "ana" müxalifət rolunda görənlər mənəvi cəhətdən bu qədər yıpranıblar. Dialoqda iştirak edən çox hörmətli partiya sədrləri var. Onların ölkə və millət qarşısında əvəzedilməz əməkləri var. İnsanları siyasi baxış və davranışlarına görə təhqir etmək bolşevik təfəkkürünün uca nöqtəsidir".

 

Deputat Milli Şuranın üzvlərinə layiq olduqları təfəkkür sahiblərinin dili ilə cavab verib:

"Adolf Hitlerin təbliğat naziri Yozef Gebbels elə sizin üçün deyib ki, "Bolşevizm ən pislərin diktaturasıdır". Sizə inanmaq olarmı?

Bu partiya sədrləri arasında Parlamentdə təmsil olunan hörmətli millət vəkilləri də var. Onlar necə "tryapka" ola bilər? Onlar qanun qəbul edir, seçiciləri ilə görüşür, onlara köməklik göstərir və dövlətin qanunverici orqanın vasitəsilə dövlət quruculuğunda iştirak edir. Bəs siz nə qurursunuz? Qurduğunuz şey apardığınız iclaslarda eşitdiklərimiz və gördükləriumizdirsə, vay halınıza!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür