AŞPA-nın ikili standartları qarşısında susan partiyalar və...

20:15 10-06-2020 | icon 349 | Siyasət
AŞPA-nın ikili standartları qarşısında susan partiyalar və...

Aydın Quliyev: “AŞPA-nın məsələyə sükutla yanaşmasına radikal müxalifətin heç bir münasibət bildirməməsi çox ziyanlı taktikadır”

 

“Mart-aprel aylarında separatçıların Dağlıq Qarabağda keçirdikləri qanunsuz seçkilərə bütün mötəbər beynəlxalq təşkilatlar rədd cavabı verdikləri halda, təkcə AŞPA-nın məsələyə sükutla yanaşmasına radikal müxalifətin heç bir münasibət bildirməməsi çox ziyanlı taktikadır”.

 

Bunu Versus.az-a siyasi şərhçi Aydın Quliyev AŞPA-nın Qarabağın işğal faktına ikilistandartlı yanaşmaları, eləcə də siyasi müxalif partiyaların məsələyə susqunluğunun səbəbləri ilə bağlı açıqlamasında bildirib.

 

A.Quliyev bildirib ki, Qarabağ probleminin dayanıqlı və birdəfəlik həll olunmasının vacib şərtlərindən biri Azərbaycanın bütün dövlət və ictimai qurumlarının birmənalı dəstəklədiyi vahid fəaliyyət platformasına malik olmaqdan ibarətdir. Onun fikrincə, prosesin uğurlu gedişinə indiyə qədər maneçilik edən amillərdən biri də dövlətin, vətəndaş institutlarının və siyasi partiyaların mövqeyinin tam şəkildə uzlaşdırılmamsıdır:

“Dövlət təşkilatları fəal olsa da, siyasi partiyalar, xüsusilə də radikal siyasi təşkilatlar bu istiqamətdə ardıcıl deyillər. Bəzi məsələlərə sadəcə münasibət bildirmir, bəzən isə təcavüzkar Ermənistanın siyasətini və bəzi beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətini ifşa etməyin əvəzində Azərbaycan hakimiyyətinin üzərinə yeriməyə və bu hakimiyyəti hər şeyə görə günahkar tutmaqla məşqul olurlar. Nəticədə nə dünya, nə də təcavüzkar ölkə Azərbaycanın bir dövlət olaraq bütün güc potensiallarının təsirini hiss edə bilmir. Radikal müxalifətin Qarabağ məsələsinə natamam münasibəti sonda ümummilli mənafelərimizin ziyanına işləyir. Radikal müxalifət düşərgəsi separatçılara və təcavüzkara daha dözümlü yanaşır, nəinki Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağa yönəlik siyasətinə”.

 

A.Quliyev həmçinin hesab edir ki, müxalifətin beynəlxalq təşkilatların sükutuna və passivliyinə sərt münasibətdən yayınması çox ziyanlıdır:

“Əslində müxalifətin Azərbaycan cəmiyyəti ilə probleminin kökündə dayanan səbəblərdən biri budur. Aydındır ki, müxalifət AŞPA kimi beynəlxalq təşkilatlarla ehtiyatlı davranışlarda daha çox siyasi motivlərə söykənir və konkret desək, ölkə daxili siyasi məsələlərdə beynəlxalq dəstəyi itirməkdən çəkinir. Radikal partiyaların Bakıdakı həmsədr ölkələrin diplomatik korpusları qarşısında demarşlar keçirməməsinə heç cür haqq qazandırmaq olmaz. Radikal düşərgə Qarabağ probleminin həll olunmamasında daha çox hakimiyyəti ittihamlama taktikası yürüdür. Bu taktika bəlkə də müxalifətin siyasi maraqları baxımından özləri üçün effektli görünə bilər. Lakin ümummilli mənafelər baxımından bunun ziyanlı olduğu mübahisəsizdir.

Radikal müxalifət xüsusilə Qarabağ məsələsində beynəlxalq təşkilatlarla münasibətlərdə hakimiyyətlə koardinasiyalı fəaliyyətdən çəkinməməli və milli mənafelər naminə buna getməlidir”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili