Boyun ağrısından tutmuş, oynaqların duzlaşmasına qədər...

08:04 31-10-2023 | icon 740 | Sağlamlıq
Boyun ağrısından tutmuş, oynaqların duzlaşmasına qədər...

Nərminə Abbasova: “Bu pozulma təkcə boyuna duz yığmaqla kifayətlənmir”

 

Qulaqlarda küy, səs, qəfil yerindən qalxanda hərəkətlərdə koordinasiyanın itməsi, tez-tez başgicəllənmələr, görmədə duman, huşun itməsi, boyunu sağa-sola çevirəndə ağrı, baş ağrıları, yerişin dəyişməsi, boyunda ağrı, başda sıxılma, əzələlərdə zəiflik, qollarda uyuşma, keyimə və tez yorulma kimi hallar boyunda duz yığılmasının əsas əlamətlərindən sayılır. Çox vaxt boyunda yaranmış ağrıları “yəqin yastıqdan düşüb, bir neçə günə keçər”, “zədələnib, keçər” düçüncələri ilə ciddiyə almırıq. Bunun nəticəsi isə heç də yaxşı olmur.

 

Mövzumuzla bağlı oxucularımızı məlumatlandıran MayoMed Klinikasının Baş həkimi, terapevt Nərminə Abbasova deyir ki, müalicəsi fizioterapiya, masaj, qidalanma və rejimin dəyişməsi, bədəndən artıq duzların çıxarılmasına yönəlmiş terapiyadır. Onun sözlərinə görə, xüsusi ilə stres boyun əzələlərində gərilməyə səbəb olur ki, bu da boyun ağrısı və gərilim baş ağrısını meydana gətirir.

 

Nərminə xanım bildirdi ki, bu şəkildə yaranan ağrılarda yerli inyeksiyalar, relaksasiyaedici idmanlar, fizioterapiya, masaj, antidepresant və əzələ relaksasiyaedici dərmanlar faydalıdır:

 

Boyunda, daha doğrusu boyun fəqərələri arasında və toxumalarda duz yığılması insanın zərərli vərdişləri və qeyri-düzgün həyat tərzi keçirməsi ilə bağlıdır. Yəni boyuna duz yığılması birbaşa insanın səhvlərinə görə baş verir. Boyuna duz yığılması orqanizmdə su-duz mübadiləsinin pozulmasından qaynaqlanır. Bu pozulma təkcə boyuna duz yığmaqla kifayətlənmir, podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlarda tıxanma yaradır”.

 

 

Həkim vurğuladı ki, xroniki baş ağrılarının 15-18 %-i boyun (servikal) mənşəlidir. Bu ağrıların yaranma səbəbi boyunda olan əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Həkimin sözlərinə görə, boyun mənşəli baş ağrılarının özünəməxsus xarakteristikasi var:

 

Ağrınının birtərəfli olması, boyundan başlayaraq ənsə təpə alına doğru davam etməsi, ağrının sıxıcı və ya küt xarakterdə olması, boyun hərəkətiylə baş ağrısının artması, eyni zamanda isti və ya boyun bolgəsinin masaj olunmasıyla ağrının azalması kimi simtomlardan ən azı ikisinin olmasi xəstənin lazımı mütəxəsisə müraciət etməsini vacib sayır”.

 

Revmatizm xəstəliklərindən sayılan duzlaşmadan da bəhs edən Nərminə xanım qeyd etdi ki, revmatizm xəstəliklərindən sayılan duzlaşma insanlar yaşlandıqca paralel olaraq üzə çıxır. Terapevtin sözlərinə görə, xüsusən qadınlarda və 55 yaşından yuxarı kişilərdə bu xəstəliyə daha çox təsadüf edilir:

 

“Bu problem kişilərdə sümüklərin uclarındakı qığırdağın yaşlanması ilə ağrı və hərəkət qabiliyyətinin məhdudlaşması formasında özünü göstərir. Duzlaşma zamanı insan sinir ağrıları, səhər yataqdan qalxan zaman oynaqların tutulmaları, hərəkət etdikcə duyulan sürtünmə səsləri ilə qarşılaşır. Nəticədə, duzlaşmadan əziyyət çəkən insanlar oturub-qalxmaq, nərdivana çıxmaq kimi sadə hərəkətləri yerinə yetirməkdə çətinlik çəkirlər”.

 

Terapevt qeyd etdi ki, ancaq erkən vaxtlarda müalicəyə başlamaqla bu xəstəliyin inkişafının qarşısını almaq mümkündür. Həkimin sözlərinə görə, əl, diz, çanaq və onurğada duzlaşmadan şikayətlənənlər də üstünlük təşkil edirlər:

 

 

“Əlləri bu xəstəliyə tutulanların barmaqlarının ucları şişir, ağrı və səhərlər barmaqların qısa müddətli tutulması müşahidə olunur. Bu ağrılarla qadınlar daha çox rastlaşırlar. Dizin duzlaşması da qadınlarda daha çox müşahidə olunur. Bədənin bu hissəsindəki duzlaşma səhərlər ayağın qısa müddət tutulması, dizlərdə hərəkət edən zaman sürtünmə səsi, zamanla hərəkət qabiliyyətinin məhdudlaşması formasında özünü göstərir. Belə xəstələr çömbələndə, nərdivanla enib-çıxanda və stula oturub-qalxarkən əziyyət çəkirlər. Ağırlaşma formalarında sümüklərin deformasiyaya uğraması və ayaqların tutulması mümkündür. Çanaqda duzlaşmaya kişilərdə qadınlara nisbətən daha çox təsadüf olunur. Bu hallarda sinir ağrısı olur, insan yeriməkdə çətinlik çəkir, ayağını nisbətən yüksək bir yerə qoymaq ağrı ilə nəticələnir. Xəstələr corablarını belə geyinə bilmədiklərini söyləyirlər.

 

Terapevt bildidi ki, onurğa duzlaşmaları zamanı fəqərələrin yanlarında ağrı yaranır, hərəkət etmək çətinləşir, ağrılar ayaqlara yayılır. Ayaqların ağrıması onurğadan keçərək ayağa gedən sinirin sıxılması, kanalın daralmasıyla bağlıdır.

 

 

Həkim deyir ki, duzlaşmanın müalicəsi zamanı məqsəd xəstənin ağrısının, bədənin hər hansı hissəsində tutulma, qıcolma varsa, onun aradan qaldırılması, beləliklə də yaşam qabiliyyətinin artırılmasıdır. Hərəkət funksiyalarını qorumağın çox əhəmiyyətli olduğunu vurğulayan tevapevtin sözlərinə görə, bunun üçün fiziki terapiya, arıqlama ilə bağlı məsləhətlər əsasdır:

 

“Günümüzdə qığırdağın bərpasına kömək edən dərmanlar xəstələr tərəfindən xüsusən istifadə olunur. Son illər cərrahi müdaxilədən də tez-tez istifadə olunur. Tibbi müalicəyə cavab verməyən və xəstəliyin çox inkişaf etdiyi insanlarda cərrahi əməliyyatlarla funksiyaların bərpası həyata keçirilir. Düzgün müalicə bədənin müqavimətini artırır. Xüsusən idmanla məşğul olmaq məsləhətdir. Çünki bu zaman bədəndəki su və digər artıq maddələr əvvəlcə qığırdağın içərisinə, sonra bədən xaricinə hərəkət edir. İdman hərəkətləri bədənin sağlamlığına müsbət təsir göstərir. Digər tərəfdən, yağlı yeməklər çox yeməmək məsləhətdir. Çünki bu, kökəlməyə, o da öz növbəsində duzlaşmaya yol açır. Artıq çəki bədəndə xüsusən çanaq, diz və belin elastikliyini zəiflədir. Ona görə də, sağlamlığa zərər verməyən arıqlama proqramlarından istifadə etmək məsləhətdir. Ağrıların müşahidə olunduğu vaxtlarda xəstələrə istirahət etmək məqbuldur. Ancaq istirahət dövrü qısa müddətdə olmalıdır.

 

 

 

QEYD:

 

Həkim terapevt Nərminə Abbasova boyun ağrısı, oynaqlarda duzlaşmadan əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122