“Belə şəxslərdə skolioz, yırtıq və babasil xəstəlikləri də müşahidə edilə bilər”

11:54 03-07-2020 | icon 1737 | Sağlamlıq
“Belə şəxslərdə skolioz, yırtıq və babasil xəstəlikləri də müşahidə edilə bilər”

Nərminə Abbasova: “İlkin əlamətlər yarandıqda savadlı mütəxəssisə, damar həkiminə müraciət edin”

 

İnsanların əksəriyyətində damar genişlənməsi deyilən patologiyaya tez-tez rast gəlinir. Bu xəstəliyin xarakterik cəhətlərindən biri də odur ki, o, nə yaş, nə də cins məhdudiyyəti qoymur.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bu gün Versus.Az-a varikoz damar genişlənməsindən danışıb.

 

N.Abbasova bldirib ki, Varikoz – damar genişlənməsi kimi tanıdığımız kifayət qədər ciddi xəstəlikdir. Həkimin sözlərinə görə, bu xəstəlik dərialtı venaların divarlarını təşkil edən əzələlərin öz elastikliyini itirməsi hesabına yaranır, nəticədə damarlar tonusdan düşür və genişlənir.

 

Ayaqlarında bu problemlər olan insanları damar genişlənməsinin nədən olması həmişə düşündürür. Nərminə xanım deyir ki, irsi meyillik, venaların həddən artıq yüklənməsi varikoz damar genuşlənməsi nədənlərindən biridir:

 

 

“Birləşdirici toxuması anadangəlmə zəif olan insanların gələcəkdə bu xəstəliklə üzləşmə ehtimalı çox yüksəkdir. Belə şəxslərdə yanaşı olaraq, skolioz, yırtıq, babasil və s. bu kimi xəstəliklər də müşahidə edilə bilər.

Venaların həddən artıq yüklənməsi də ayaqüstü və ya oturaq iş, ağırlıq qaldırma, hündürdaban ayaqqabı, azhərəkətli həyat tərzi ayaq damarlarının varikoz genişlənməsinin geniş yayılmış səbəblərindəndir.

Varikozun inkişafına təkan verən amillərə həmçinin həddindən artıq fiziki yüklənmə, hamiləlik və doğuş aiddir. Fiziki yüklənmə zamanı ayaq venalarında təzyiq yüksəlir, venoz qapaqlar zədələnir. Bu da aşağı ətraflarda damar genişlənməsi - varikoz xəstəliyinə gətirib çıxarır.

Bütün bu sadaladıqlarımızdan başqa, piylənmə və qeyri-sağlam həyat tərzi özü də damar genişlənməsinin yaranma səbbələri arasındadır”.

 

Damar genişlənməsi – əlamətləri və fəsadları

 

Həkim-terapevt deyir ki, varikoz ayaqda göyərmə, “damar çıxması” dediyimiz damar toru, aşağı ətraflarda ağrı və ağrılıq hissi ilə özünü büruzə verir. Belə ki, genişlənmiş damarlarda qan durğunlaşır və həmin damarların keçiriciliyi artır:

 

 

“Nəticədə qan ətraf toxumalara sızır, dəridə göyərmələr əmələ gəlir. Ağrı zədələnmiş toxumalarda olan sinir uclarının qıcıqlanması hesabına yaranır. Bundan başqa, əzələlərin qanla təhcizatı pozulduğundan ayaqda qıcolmalar meydana çıxır. Bu mərhələdə xəstəlik müalicə olunmazsa, varikozun fəsadları qaçılmazdır. Damar genişlənməsi xroniki venoz çatışmazlıq, trombofledit, trofik xora, hətta damar tutulması ilə ağırlaşa bilər”.

 

Nərminə xanım onu da qeyd edib ki, damar tutulması həm ayaqlarda, həm də istənilən daxili orqanda baş verə, infarkt, insult və başqa bu kimi həyat üçün təhlükəli vəziyyətlərə yol aça bilər:

 

 

“Damar divarından qopmuş tromb, yəni qan laxtası ağciyər arteriyasını qapadıqda ölümlə nəticələnir. Bununla yanaşı, venoz damarların zədələnməsi güclü qanaxmaya səbəb ola bilər”.

 

Varikoz həm dərmanlarla, həm də cərrahi əməliyyatla sağala bilər

 

Damar genişlənməsinin necə müalicə olunmasından söz edən həkim-terapevt bildirib ki, xəstəliyin müalicəsi onun hansı mərhələdə olmasından və səbəblərindən asılıdır:

 

 

“Varikoz həm dərmanlarla, həm də cərrahi əməliyyatla sağala bilər. Bir çox xəstələr cərrahi əməliyyatlardan və ya onun, eləcə də narkozun sonrakı fəsadlarından qorxaraq, müalicədən imtina edirlər. Bu gün belə bir təşvişə səbəb yoxdur. Çünki hazırda varikozun müalicəsində narkozsuz və kəsiksiz aparılan metodlar – skleroterapiya və lazer ablasiya tətbiq olunur.

Amma unutmaq olmaz ki, istənilən xəstəlikdən qurtulmağın ən asan yolu ona düçar olmamaqdır. Çalışın sağlamlığınızın qeydinə qalın. Varikoza tutulmusunuzsa, o zaman müalicədən çəkinməyin və vaxtında, hətta ilkin əlamətlər yarandıqda belə savadlı mütəxəssisə - damar həkiminə müraciət edin”.

 

 

 

DİQQƏT!

 

Əgər varikoz damar genişlənməniz varsa, müalicə olunmaq üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

 

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür