“Azqranata”nın daha bir rəhbəri İSTEFA VERDİ

18:30 07-07-2020 | icon 255 | İqtisadiyyat
“Azqranata”nın daha bir rəhbəri İSTEFA VERDİ

Azərbaycanın məşhur şərab imstehsalçısı olan «Azqranata» və onun daxil olduğu «Modern Qrup»un daha bir tanınmış rəhbəri istefa verib.

 

Versus.az Fed.az-a istinadən xəbər verir ki, ölkənin tanınmış marketinq mütəxəssislərindən biri olan Rafiq Hunaltay bu şirkətlərdəki CEO müavini postunu tərk edib.

 

Bu barədə o özü məlumat verib:

«Nəhayət, 2 illik marafonun sonuna gəldik. 2 il öncə Modern Groupda Biznesin İnkişafı Direktoru olaraq işə başlayıb, daha sonra «Azgranata» Satış və Dağıtım Şirkətinin rəhbəri, «Azgranata» İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərdim. İşdən çıxmağın müsbət tərəfləri çoxdur, amma ən xoşuma gələni çıxanda öyrəndiyin hər şeyi özünlə aparmağındır. Karyera yaddaşımda istər Modern Group, istərsə də Azgranata mənim üçün həm böyük etimadın göstərildiyi, həm də özümə müsbət mənada çox şey qatdığım bir yer olaraq qalacaq. Eyni zamanda şirkət üçün də bilik və bacarıqlarımı maksimum istifadə etdiyimə inanıram. İş həyatımda fürsətdən ancaq aid olduğum yerə, şəxslərə, həmkarlarıma faydalı olmaq üçün istifadə etmişəm. Ona görə də fürsətdən istifadə edib bu 2 il ərzində sıx çalışdığım hər kəsə təşəkkür edirəm»-deyə R.Hunaltay bildirib.

 

Qeyd edək ki, bu son 1 ayda «Modern Qrup» və «Azqranata»da baş verən ikinci istefadır. İyunu əvvəlində «Azgranata» şirkətinin baş direktoru Anar Bayramov da istehfa verib. «Çox fikirləşdikdən sonra "Azgranata"dan ayrılmaq qərarına gəldim. Artıq qərarımı elan etmişəm, ayın sonuna kimi işləri təhvil verəcəyəm.

 

8 ildir karyeram əsasən (kiçik ara ilə) "Azgranata" və "Modern Group" ilə bağlı oldu. Hər zaman təsisçilərin etimadını gördüm, əlimdən gələni etdim ki, etimadı doğruldum komandamızla birlikdə. Allaha şükürlər olsun ki, alnımız açıqdır. Gələcək planlarımla bağlı bildirim ki, mənim işim biznes idarəçiliyidir»-deyə A.Bayramov bildirmişdi.

 

R.Hunaltay da A.Bayramovun komandasına daxil olaraq «Azqranata»nın rəhbərliyinə gətirilən mütəxəssislərdən idi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR

Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi

Laçın azaddır