Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

19:02 07-07-2020 | icon 1332 | Dünya
Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

İyulun 6-da Azərbaycan Respublikasının vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxs Səfirliyin binasının önündə çəkdikləri videoda bildirirlər ki, onlar Azərbaycana getmək istəyirlər, bununla bağlı Səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kim qəbul etmir və məlumat vermir.

 

Bu qətiyyən həqiqətə uyğun deyil. 2 iyul tarixində Səfirliyin vitse-konsulu, birinci katib Rövşən Axundov şəxsən Rəşid Məmmədovla görüşmüş və ona mövcud vəziyyəti başa salmışdır. 6 iyul tarixində isə Səfirliyin konsulluq şöbəsinin əməkdaşı, üçüncü katib Müsənnif Dadaşov adı çəkilən şəxslə iki dəfə telefonla danışmış və ona hazırkı durumu bir daha izah edib.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, ki, söhbət zamanı Rəşid Məmmədovun www.evegedirem.info portalında qeydiyyatdan keçmədiyi məlum olub:

Ona çatdırılıb ki, ilk növbədə portalda qeydiyyata düşmüş iki minə yaxın vətəndaşlarımız növbə ilə Azərbaycana göndərilirlər. “Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysləri ilə sözügedən portalda qeydiyyatdan keçənlərlə yanaşı səhhətində ciddi problemi olan vətəndaşlarımız ölkəmizə yola salınırlar. Belə olan halda onun Azərbaycana dönməsi məsələsi açıq olaraq qalır.

 

Məlum olduğu kimi, həm Azərbaycanda, həm Rusiyada karantin rejimi cari ilin 01 avqust tarixinədək davam edəcəkdir. Bu səbəbdən Səfirliyin konsulluq şöbəsində vətəndaşların şəxsən qəbulu keçirilmir. Bu haqda Səfirliyin internet səhifəsində və inzibati binasının önündə elan yerləşdirilib. Bununla yanaşı Səfirlikdə fəaliyyət göstərən “qaynar xətt” və elektron poçt vasitəsi ilə vətəndaşlarımızın müraciətləri qəbul olunur. Cari ilin 19 mart tarixindən 07 iyul tarixinədək yalnız Səfirliyin “qaynar xətti”nə 155 mindən artıq müraciət daxil olub. Hər bir müraciətə də fərdi olaraq baxılmış, mümkün olan köməklik göstərilib.

 

Rusiyadakı Azərbaycanın çoxsaylı vətəndaşlarına dəfələrlə xəbərdarlıq edilib ki, cari ilin 01 avqust tarixinədək sərhədlər bağlıdır və hər kəsin olduğu yerdə qalması məqsədəuyğundur. Küçədə çəkilmiş təxribat xarakterli videodan da göründüyü kimi pandemiya dövründə istifadəsi məcburi olan maska və əlcək geyməyən, sosial məsafə gözləməyən həmin şəxslər edilən xəbərdarlıqlara məhəl qoymurlar. Onlar Səfirliyə təzyiq göstərmək məqsədi ilə Səfirliyin qarşısında çəkiliş aparır və binanın önündə Səfirliyin konsulluq şöbəsində vətəndaşların qəbulunun dayandırıldığı haqda elanı qəsdən göstərməyərək ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

"Başda prezident olmaqla ordumuzun qəhrəmanlığı sayəsində xoşbəxtik” - MÜSAHİBƏ

Qarabağdan daşınan narkotik vasitələr – Milyardlarla dollarlıq narkoticarət

“10 il toylar oxu, qazan, ye-iç, sonra dövlətlə ad davası et”

İlham Əliyevdən Şərqi Zəngəzurla bağlı SƏRƏNCAM

Alimlərdən xərçəng xəstələrinə ŞAD XƏBƏR

"Gecə-gündüz iş düşünən vətəndaşı siyasət maraqlanmır"

“Gəlin və ağlayın”

Sumqayıtda yol ÇÖKDÜ

Bizim Müstəqillik Günümüz 28 Maydır

“WhatsApp”ın redaktə funksiyasında YENİLİK

Hərbçiləri daşıyan avtobus partladılıb