DADP sədrindən Ramazan təbriki

12:13 15-06-2018 | icon 708 | Gündəm
DADP sədrindən Ramazan təbriki

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Azərbaycan xalqını və dünya müsəlmanlarını Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Əziz soydaşlar!

Mübarək bir ayın - Ramazan ayının sonuna gəldik. Mən sizin hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, sizə və əzizlərinizə ən xoş arzularımı, diləklərimi bildirirəm.

 

Bu ay biz müsəlmanlar üçün niyə bu qədər əzizdir, bu qədər dəyərlidir? Çünki bu ayın ən ümdə vəzifəsini yerinə yetirmək, oruc tutmaq bizlərə Allah tərəfindən buyrulub. Ana Kitabımız, Kitablar Kitabımız sayılan "Qurani Kərim" də məhz bu ayda, bu ayın mübarək Qədr gecələrində nazil olunub.

 

Allah "Quran"ı da, orucluğu da bizə lütf kimi göndərib. Məhz orucluğun sayəsində biz həm Uca Yaradanımız qarşısında, həm xalqımız qarşısında, həm də doğmalarımız qarşısındakı vəzifələrimizi, vicdani borclarımızı bir daha yaxından dərk etmiş oluruq və ruhumuzun duruluğu üçün, fiki və niyyətlərimizin saflığı üçün, cismimizin sağlamlığı üçün nəfsimizlə mübarizə aparırıq, ona qalib gəlməyə çalışırıq. Lütfkar və mərhəmətli Allah da bu yolda bizim əzmimizi, gücümüzü daha da artırır və bizi kamilləşməyə doğru götürür.

 

Ramazan ayının başqa bir özəlliyi və gözəlliyi də ondadır ki, bu ay təkcə öz doğmalarımızla və dostlarımızla deyil, xalqımızın və ümmətimizin bütün nümayəndələri ilə, dünyadakı milyonlarla azərbaycanlı ilə, tanımadığımız əcnəbi müsəlmanlarla bizim aramızda həmrəylik, vəhdət hisslərini daha da gücləndirir, biz hamımız özümüzü böyük bir BÜTÜNün, nəhəng müsəlman aləminin bir parçası kimi hiss edir və bu hissin qeyri-adiliyini, ülviliyini yaşayırıq. Məhz bu mənada, Orucluq həqiqətən də olduqca qüdrətli ayindir, möcüzəvi ritual və ibadətdir. Bunun nəticəsidir ki, biz bütün azərbaycanlılar, bütün müsəlmanlar bu ayda bir-birimizi tanıdıq-tanımadıq, hamımız bir-birimiz üçün içimizdən gələn səmimiyyətlə, ilahi eşqlə dualar edirik. Mən bütün bu dualara, diləklərə qatılıram və həm Azərbaycan üçün, həm də bütün müsəlman aləmi üçün Allahdan hüzur, əminamanlıq və bolluq təmənna edirəm.

 

Bu ayda haqqında ən çox dualar etdiyimiz mübarək insanlar həm də Vətən şəhidlərimizdir. Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağımızın müdafiəsi uğrunda öz canlarından keçmiş şəhid bacı və qardaşlarımızı xatırlamaq, onların ruhları üçün dua etmək hər birimizin vicdani borcudur. Biz onlara hər zaman minnətdar olmalıyıq. Biz hər bir şəhidimizlə qürur duymalıyıq!

Dövlətimizə və Milli Ordumuza da bu Ramazan günlərində Allahdan güc, qüvvət diləyirik. Dövlət və ordu daim güclü olmalıdır ki, millətin varlığı və müstəqilliyi də əbədi olsun. Odur ki, hər bir əsgər və zabitimiz üçün də öz doğma ailə üzvlərimiz kimi, əzizlərimiz kimi dua edirik.

 

Dəyərli həmvətənlərim!

Bu əziz bayram günlərində bir daha hamınızı bütün varlığımla təbrik edirəm. Allah oruclarınızı, dualarınızı, xeyir əməllərinizi, ehsanlarınızı qəbul etsin. Xeyir-bərəkət sizinlə olsun. Amin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür