"Azərbaycan-Türkiyə arasında Konfederasiyanın yaradılması zəruridir"

20:19 15-07-2020 | icon 1241 | Siyasət
"Azərbaycan-Türkiyə arasında Konfederasiyanın yaradılması zəruridir"

Sərdar Cəlaloğlu: "Türkiyəyə mesaj verdi ki, mən də sənin maraqlarını sıxışdıra bilərəm"

 

İyunun 12-də separatçı Ermənistanın silahlı qüvvələri Tovuz istiqamətində həddini aşdı. Xəbər verildiyi kimi, erməni hərbçilərinin hücumu nəticəsində Azərbaycan hərbçiləri və dinc əhali arasında itkilərimiz oldu. Beynəlxalq təşkilatlar isə hələ də Ermənistanın beynəlxalq hüquqa məhəl qoymayaraq Azərbaycanın dövlət sərhəddini həyasızcasına pozmasına qarşı soyqqanlı yanaşır və sadə bəyanatlarla kifayətlənir. Həmin bəyanatlarda yenə də işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan bərabər tutulur.  Ərazi bütövlüyümüz illərdir pozulsa da, beynəlxalq diplomatlar  yenə də özlərini axmaq yerinə qoyaraq, “birinci kim başladı” “dilemmasını” yaradır və bəyanat verərək “tərəfləri” atəşkəsi dayandırmağa çağırırlar. Beynəlxalq təşkilatlar yenə də Ermənistanın işğalçılıq siyasətini pisləmir, ondan “nəyə görə başqa dövlətin sərhədlərini ağır silahlarla pozdun, günahsız insanları öldürdün” - deyə, cavab istənilmir.

 

Beynəlxal təşkilatlar, ATƏT, BMT verdiyi bəyanatları ilə hansı mövqeni sərgiləmiş oldular. Ekspertlər belə hesab edir ki, belə bir situasiya Azərbaycan-Türkiyə konfederasiyasının yaranması zərurətini ortaya çıxarır.

 

ADP sədri Sərdar Cəlaloğlu Versus.Az-a bildirib ki, tovuzda baş verən müharibədə birbaşa Rusiyanın əli var.

 

O, bunu regionda Rusiya ilə Türkiyənin maraqlarının toqquşması ilə əlaqələndirib. Bildirib ki, bu gün Türkiyə açıq şəkildə Rusiyanın regiondakı maraqlarını sıxışdırır:

 

“Türkiyənin Azərbaycanda da çox böyük marağı var. Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Rusiya bundan istifadə edərək, Türkiyəyə mesaj verdi ki, mən də sənin maraqlarını sıxışdıra bilərəm”.

 

S.Cəlaloğlu hesab edir ki, yaranmış gərginlikdə Azərbaycan daxilində “5-ci kolon”a qarşı aparılan mübarizənin də təsiri var. Onun fikrincə, Azərbaycanın daxilində Rusiyanın təsirini saxlayan qüvvələrə qarşı genişmiqyaslı aparılan təmizləmə işləri Rusiyanı narahat edib. Rusiya Azərbaycan hökumətini onun adamlarına dəydiyinə görə cəzalandırır:

 

“Bu iki amil Tovuzdakı hadisəni yaradan əsas səbəbdir. Bir aydır ermənilər deyir ki, “biz hücum edəcəyik”, elə bu bir ay ərzinə də Azərbaycan daxilində “5-ci kolon”- a qarşı mübarizə gedir. Ona görə də hesab edirəm ki, bu, Rusiyanın ermənilər vasitəsi ilə həyata keçirdiyi planıdır”.

 

Partiya sədri bildirib ki, Türkiyə Rusiyadan verilən mesajı aldı:

“Başa düşürlər ki, sərhəddə baş verən hadisə Türkiyə-Rusiya münasibətlərində yaranan sərinliyə görə Rusiyanın Azərbaycana qarşı başlatdığı əməliyyatdır. Ona görə də bunu başqa istiqamətdə yozamağa ehtiyac yoxdur”.

 

S.Cəlaloğlu belə bir ərəfədə Azərbaycan-Türkiyə arasında Konfederasiyanın yaradılması zərurətinin ortaya çıxdığını bir daha qeyd edib:

 

“Azərbaycan Türkiyə ilə təcili Konfederasiyada birləşməlidir. Biz müstəqil dövlətik, kiminlə, hansı birlikdə istəsək birləşə bilərik. Azərbaycan-Türkiyə Konfederasiyası yaradılmalıdır. Türkiyənin Azərbaycanda hərbi bazaları yerləşdirilməlidir. Hərbi müqavilə bağlanmalıdır, hərbi münaqişə zamanı Azərbaycan qoşunlarına türk generallarının rəhbərlik etməsi ilə bağlı razılıq əldə olunmalıdır. Ermənistan Rusiya ilə bağladığı müqavilədə eyni şərtləri əsas götürdüyü kimi, biz də bunu etməliyik. Yoxsa, biz rus-erməni ittifaqının qarşısında tək heç bir ciddi addım ata bilməyəcəyik. Xüsusən də  daxilimizdə rus-erməni birliyinin maraqlarını qoruyan agentlər, onların maraqlarını müdafiə edən adamlar var, erməni mənşəli ailələr var. Biz daxildən və xaricdən çox nəhəng bir güclə üz-üzəyik.  Belə bir bir vəziyətdə tək qalacağımız təqdirdə təbii ki, məğlub olacağıq. Ona görə də mütləq açıq şəkildə Türkiyə ilə birlik elan etməliyik”.

 

Partiya sədri bildirib ki, Türkiyə Rusiyanın Tovuzda keçirdiyi hərbi hücumla bağlı verdiyi mesajından sonra adekvat addımlar atdı:

 

“Mesaj verdi ki, Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bu o deməkdir ki, Türkiyə Rusiyanın verdiyi mesaja məhəl qoymadı və açıq şəkildə əzələ nümayiş etdirdi. Bizim əks hücumumuzada Türkiyənin çox böyük rolu oldu”.

 

“Avropanı, Amerikanı bu məsələdə ciddi şəkildə qınayıram”

 

S.Cəlaloğlu hesab edir ki, regionda münaqişənin alovlanmasında Qərbin də öz marağı var:

 

“Qərbin marağı Ermənistanın güclənməsidir. Qərbin marağı Ermənistanın yanındadır. Ermənistan hücum edib Azərbaycan sərhəddini pozur, Qərb isə belə bəyanatlar verir ki, tərəflər atəşkəsə riayət eləməlidir. Ermənistanı sərhədləri pozduğuna görə qınamaq, Ermənistanı cilovlamaq əvəzinə, əksinə Azərbaycanı da qatırlar Ermənistanın gözünə. Guya  Azərbaycan da günahkardır. Halbu ki, beynəlxalq hüquqa görə işğala məruz qalan ölkənin istənilən vasitə ilə özünü müdafiə etmək hüququ var. Biz hüququqmuzdan istifadə edirik, ermənilər hüquqsuzluqlarından. Amma beynəlxalq ictimaiyyət  bizi də işğalçı ilə eyni vəziyyətə görür. Bunun özü açıq-açığına beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa tüpürdüyünü göstərir. Avropanı, Amerikanı bu məsələdə ciddi şəkildə qınayıram. Nə qədər ki, bu qurumlar belə mövqe sərgiləyəcək, münaqişə nəinki başa çatmayacaq, əksinə, bölgədə Rusiyanın təsiri getdikcə güclənəcək. Çünki Ermənistan-Azərbaycan münaqişəsindən yanlız Rusiya bəhrələnir. Bunun Qərbə, Amerikaya heç bir xeyri olmayacaq. Həm Azərbaycan, həm Ermənistan öz müstəqilliyini günbəgün itirir. Ona görə də Qərb bu məsələdə beynəlxalq hüquqa uyğun bir mövqe nümayiş etdirməlidir. İşğalçını işğalçı, işğala məruz qalanı da işğala məruz qalan kimi tanımalıdır. Belə olduğu halda Rusiyanın burdakı təsiri azalacaqdır. Ermənilər də bundan sonra  Azərbaycana qarşı maşa rolunu oynamayacaqdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür