“Səndən sonra” Təbrizdə - FOTO

15:18 29-07-2020 | icon 1853 | Ədəbiyyat
“Səndən sonra” Təbrizdə - FOTO

Şeirlər və esselər kitabı ərəb qrafikalı əlifba ilə nəşr edilib

 

Millət vəkili Qənirə Paşayevanın “Səndən sonra” şeirlər və esselər kitabı Təbrizdə, ərəb qrafikalı əlifba ilə nəşr edilib.

 

Versus.Az xəbər verir ki, bugünlərdə “Yaşar qələm” nəşriyyatında gün üzü görən kitabı tanınmış şair ÇALĞIN nəşrə hazırlayıb.

 

“Bu mənimçün xoş sürpriz oldu. Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm!” – deyə, xanım Paşayeva Təbrizdən aldığı xoş xəbərə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər, müəllifin tirlogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitablarından biri olub, dünya, insan, sevgi, eşq, hadisələr üzərinə yazılmış şeirlər və esselərdən ibarətdir.

 

Kitab ilk dəfə 2014-cü ildə Bakıda, “Elm və Təhsil” nəşriyyatında çıxıb.

 

Qənirə Paşayevanın bundan öncəki illərdə, qardaş Türkiyə və Özbəkistanda da kitabları gün üzü görüb.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA