Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

11:18 30-07-2020 | icon 7081 | Kürsü
Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Mükəmməl vəkillə nadir hallarda qarşılaşırıq

MÜRVƏT HƏSƏNLİ
/iş adamı/

 

Allahın 99 adından biri də Vəkildir. Müqəddəs kitabımız Qurani-Kərim bir neçə yerdə ən yaxşı vəkilin Allah olduğunu vurğulayır və yalnız Ona təvəkkül etməyimizi buyurur: 
"(73:9) O, Şərqin və Qərbin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. O halda yalnız Onu vəkil tut".
Müzəmmil surəsi 9

 


Qədim Şərq fəlsəfəsinə görə, hər insan Allahın bir sifətini təcəlli etdirdiyi kimi, vəkillər də məhz bu xüsusiyyətlərinə görə daşıdıqları adı İlahi qaynaqdan alırlar. Vəkillər də eynilə Uca Yaradan kimi darda qalan insanların, hüququ pozulan müvəkkillərinin dadına çatır, dünyanın ən ləziz neməti olan azadlığı onlara bəxş edirlər. Ən çətin anımızda, kiminsə şərinə, böhtanına məruz qalanda göydə Allaha, yerdə vəkillərimizə təvəkkül edirik. Dünənə qədər pulumuza görə bizə dost kəsilənlər işimiz çətinə düşəndə qeybə çəkildiyi halda, dar günümüzün dostu o zamana qədər əsla tanımadığımız vəkillər olurlar. “Yaxşı dost dar gündə tanınar” atalar sözündən hərəkət edərsək, insanın ən yaxşı dostu məhz vəkillərdir. 

 


Bəzən istəmədən qarşılaşmalı olduğumuz məişət problemlərimizdə belə vəkillər bizə ailə üzvlərimizdən belə doğma, yaxın görünürlər. Məhbəslərin nəfəs darıxdıran abu-havasında gözümüz ən çox təvəkkül yerimiz olan bu məslək sahiblərini axtarır. Bir sözlə, bizə bizim qədər yaxındır vəkillərimiz. Məhz bu səbəbdən də hüququmuzu, var-dövlətimizin, şərəf və ləyaqətimizin müdafiəsini çəkinmədən onlara həvalə edirik.
Sözsüz ki, bu qədər böyük etimad sahibi olmaq da hər vəkilə qismət olmur.

Öz missiyasını doğrulmaq baxımından vəkilləri əsasən 3 qrupa ayırmaq mümkündür: pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil.

Pis vəkil müvəkkilinin etimadını tam doğrulda bilməyən hüquq adamıdır. Sən bütün ümidini ona bağlarsan, o isə beynində səni qarşı tərəfə neçəyə sata biləcəyini götür-qoy etməklə məşğul olar. Həyatının ən həlledici anında təvəkkülünə sığındığın bir zamanda səni xəyal qırıqlığına uğradar və bunun cəzasını bütün ömrün boyu ödəyərsən.

 

Yaxşı vəkil qanunları bilən, müvəkkilini qorumaq üçün dəridən qabıqdan çıxan, qarşı tərəfə haqsızlıq etməkdən belə çəkinməyən hüquq nümayəndəsidir. Öz vəzifə borcunu yerinə yetirdiyinə görə, bəzən əks tərəfə qarşı yol verdiyi haqsızlığı ona bağışlayırlar. Amma bütün hallarda Haqqın deyil, müvəkkilin tərəfində dayandıqları üçün ədalətsiz məhkəmə qərarlarının qəbul olunmasında onların də xidmətləri az olmur və onlar ədalətsiz məhkəmə prosesinin müəlliflərindən birinə çevrilirlər. Hüquq baxımdan öz missiyalarını qüsursuz yerinə yetirsələr belə, əməli nəticə baxımından pis vəkillərdən o qədər də fərqlənmirlər.

 


Mükəmməl vəkil isə müvəkkilinin hüquqlarını qorumaqla yanaşı, ədalət hissini də itirməyən vəkildir. Belə vəkillər bəzən öz məsləklərinin tələblərinə uyğun olaraq cinayətkarın da hüquq müdafiəçisinə çevrilirlər. Fəqət heç bir zaman və heç bir qonorarın müqabilində haqlı tərəfin cəzalanmasını arzulamırlar. Cinayətkar müvəkkillərini azadlığa buraxılmasında göstərdikləri şücaətlə fəxr etməzlər. Əksinə, cəmiyyətin mənəvi sağlamlığı, Haqqın mütləq qələbə çalması istiqamətinə atılan addımlara daha çox dəyər verirlər. Baxmayaraq ki, pxisoloji olaraq özlərini müvəkkillərinin yerinə qoymaq, onların hüquqlarını öz hüquqları kimi qorumaq bu məslək sahiblərinin ən ümdə vəzifələrindəndir. Mükəmməl vəkil “ədalətli məhkəmənin kəsdiyi barmaq ağrımaz” prinsipini əldə rəhbər tutmağa, müvəkkillərini də buna inadırmağa üstünlük verir.

 

Onu yaxşı vəkildən ayıran əsas xüsusiyyəti də elə budur: ədalət hissini itirməməsi. Məşhur bir aforizmdə sözündə deyildi kimi: “Yaxşı vəkil hüququn, mükəmməl vəkil isə həm də ədalətin bilicisidir, qoruyucusudur”.
Nə yazıq ki, bu gün cəmiyyətimizdə mükəmməl vəkillə nadir hallarda qarşılaşa bilirik. Bəzən pul-para xətrinə hətta elini-obasını, vətənini, dövlət maraqlarını xalqın düşmənlərinə satanlar belə tapılır. Müvəkkilinin yalnız hüquqlarını qorumaq məsuliyyətini unudan vəkil adına iddia edənlər bəzən qarşı tərəfə qarşı qanunda nəzərdə tutulmayan metodlarla hücum edirlər. Qarşı tərəfi şantaj etməklə, əllərindəki hansısa təzyiq vasitələrindən faydalanaraq, Nahaqqın tərəfində dayanırlar. Beləcə hüquqi müdafiənin qızıl qanunu olan “Ədalətin kəsdiyi barmaq ağrımaz” prinsipini pozaraq, Haqqa deyil, Şeytana, İblisə qulluq edirlər.

 

Amma çuvalduzu çuvalda saxlamaq mümkün olmadığı kimi, Haqqı Nahaqqa satan bu cür əqidəsizlər uzun zaman öz simalarını gizlədə bilmir, bir müddətdən sonra əsl xislətlərini ortaya qoyurlar. Sevindirici haldır ki, Azərbaycan hökuməti bu cür nadürüstləri zamanında işfa etməyi və öz vəifələrindən uzaqlaşdırmağı bacarır. Beləcə, Vəkillər Kollegiyası şeytana vəkillik edən nadürüstlərdən təmizlənir və vəzifəsini yerinə yetirməyi bacaran hüquq adamları tədricən layiq olduqları postları tuturlar.

 

Bu gün Azərbaycanda Tanrın Vəkil sifətini təcəlli etdirənlərin peşə bayramıdır. Mən bu münasibətlə Vəkillər Kollegiyasını sədri Anar Bağırov başda olmaqla bütün vəkilləri təbrik edir, onlara uzun ömür, can sağlığı arzulayıram. Allah mükəmməl olmaq xoşbətliyini, müvəkkil etimadı qazanmaq uğurunu vəkillərimizə çox görməsin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər