Lev Tolstoy haqda maraqlı faktlar

14:42 03-08-2020 | icon 461 | Maraqlı
Lev Tolstoy haqda maraqlı faktlar

1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi, ancaq Tolstoy bu cür addım atmış yeganə adam deyil. Sonradan nobel imtinaçılarına Jan Pol Sartre, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.

 

Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeni yaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı), prestiji olan bu mükafatdan heç kim imtina etməzdi. Rus yazıçısının qeyri-adi addımından sonra isə xüsusi termin olan: “Nobel imtinaçısı” yarandı. Ondan bəri keçən 110 il ərzində belə “üsyankarların” sayı 10-u keçməyib.

 

Tolstoy fin dostu yazıçı və tərcüməçi dostu Arvid Järnefeltə yazıb ondan kömək istəyirdi. O məktubunda “Hərb və Sülh”ün müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün ona yardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərə alanda ki, o dövr “Nobel” mükafatının həcmi 150 milyon isveç kronu idi, belə mükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Järnefeltə yazdığı sonrakı məktublarında onu “böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün” minnətdarlığını bildirirdir. Ümumiyyətlə, o zamanlar Lev Nikolayeviç ən yaşlı nobel mükafatçısı ola bilərdi, axı mükafat veriləndə onun nə az, nə çox 78 yaşı vardı, ancaq Tolstoy mükafatı almadığı üçün ən yaşlı nobelçi amerikalı iqtisadçı Leonid Hurwicz hesab olunur. O, düz 90 yaşında nobel alıb.

 

Beləliklə 1906-cı ildə nobel mükafatını italyan şairi Giuseppe Carducci aldı. Tolstoy bundan həddsiz sevinmişdi, bununla belə dünyada Nobel mükafatından imtina etmiş ilk insan kimi də tarixə keçmişdi.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür