Qatil 50-yə yaxın insanı timsahlara yem edib

08:56 04-08-2020 | icon 451 | Dünya
Qatil 50-yə yaxın insanı timsahlara yem edib

Hindistanda qurbanlarının meyitlərini timsahlara yem edən seriyalı qatil ələ keçib.

 

Bu barədə CNN xəbər yayıb.

 

İxtisasca həkim olan Devendra Şarma 1995-ci ildə dələduzluğun qurbanı olaraq iflas edib. Həmin vaxtdan etibarən o, qazancını cinayətlərdən çıxarıb: əvvəlcə saxta qaz balonlarının satıb, sonra daxili orqanların qara bazarında işləyib, öz etirafına görə, 125-dən artıq qeyri-qanuni böyrək transplatansiyası əməliyyatı həyata keçirib.

 

Uttar-Pradeşdə Şarma və əlbir olduğu adamlar qarətlə məşğul olublar. Onlar taksi çağırır, tənha ünvana sifariş edir və orada sürücünü öldürüblər. İzi itirmək üçün meyit timsahlara atılır, maşın isə satılırdı.

 

Şarmanın etirafına görə, bu yolla 50-yə yaxın taksi sürücüsünü öldürüb.

 

Hər cinayət ona 270 dollar gəlir gətirib.

 

2004-cü ildə Şarma həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib, lakin 2020-ci ilin yanvarında müvəqqəti olaraq azadlığa buraxılıb. Həkim 20 gündən sonra həbsxanaya geri qayıtmalı idi, amma bunu etməyib. Qaçaq məhbus altı aydan sonra tapılıb. Paytaxt Dehliyə gedərək, dul qadınla evlənən 62 yaşlı Şarmanın həbsxanaya geri qayıtmaq planı yox imiş.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür