Ermənistan "Nürnberq" məhkəməsini də görəcək

17:30 20-06-2023 | icon 2027 | Siyasət
Ermənistan "Nürnberq" məhkəməsini də görəcək

Vüqar Dadaşov: “Ermənilər öz cinayətlərinə görə mütləq cavab verəcəklər

 

“Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində reallaşdırdığı etnik təmizləmə, kütləvi qırğın, soyqırım, müharibə cinayətləri hüquqi və təkzibedilməz faktlarıa əsaslanan gerçəklik, ümumən insanlığa qarşı unudulmaz dəhşətli faciədir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının Siyasi Şuranın üzvü, hüquqşünas Vüqar Dadaşov Ağdamda aşkar olunan kütləvi məzarlıqla bağlı bildirib.

 

Onun sözlərinə görə, erməni vəhşiliyini 1-ci Qarabağ müharibəsi vaxtında dünya ictimaiyyətinə çatdırmaq mümkün olsa da, bu günə kimi də hələ ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinə beynəlxalq müstəvidə hüquqi qiymət verilməmişdir:

 

“Erməni-rus tandeminin törətdiyi təkcə Xocalı soyqırımına əksər dünya dövlətləri siyasi qiymət versə də, Ermınistan dövləti və bu soyqırımı həyata keçirmiş cinayətkarlar müvafiq cinayət məsuliyyətinə cəlb edilməyiblər. Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı bəşəriyyəti sarsıdan cinayətlərinin maştabı və həcminin nə qədər böyük olmasını 2020-ci il Vətən müharibəsində Azərbaycanın şanlı, tarixi qələbəsindən sonra azad etdiyi ərazilərdə mütamadi şəkildə aşkar edilən azərbaycanlıların kütləvi məzarlıqları göstərir, sübut edir. Ermənistanın öz havadarları ilə birlikdə Vətən müharibəsundə məğlub olandan sonra 1-ci Qarabağ müharibəsi vaxtında 5 minə yaxın itkin düşmüş azərbaycanlılar haqqında məlumat verməkdən imtina etməsi sözsüz ki, vətəndaşlarımıza qarşı Ermənistanın törətdiyi soyqırım əməlidir. Təbii ki, ermənilərin azərbaycanlılara qarşı keçirdiyi soyqırım cinayəti Ermənistanın 90-cı illərdə işğal etdiyi Azərbaycan ərazilərinə daimi sahibləndiyi düşüncəsinə və azərbaycanlılara, türk etnosuna qarşı genetik düşmənçilik hisslərinə əsaslanır. Heç şübhəsuz ki, Azərbaycanın Ermənistan işğalından azad etdiyi ərazilərdə yeni-yeni kütləvi məzarlıqlar aşkar edəcək.  Minlərlə itkin düşmüş azərbaycanlılara qarşı erməni vəhşiliyi həyata keçirdiyimiz böyük qayıdış lahiyələri, abadlıq, bərpa işləri nəticəsində təkrar-təkrar sübut olunacaq”.

 

V.Dadaşov bildirib ki, Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı insanlıq əleyhinə olan cinayətləri birmənalı olaraq hüquqi müstəvidə fiksasiya olunur, cinayət işləri açılır və heç şübhəsiz ki, Ermənistan dövləti, ermənilər öz cinayətlərinə görə mütləq cavab verəcəklər:

 

“Qarabağın azad ediləcəyini, Laçın yolunda Azərbaycan əsgərinin duracağını heç düşünməyən düşmən bu gün bu taleyi yaşayırsa, deməli "Nürnberq" məhkəməsini də görəcək”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq