Dövlət büdcəsindən maliyyələşən partiyaların sayı artdı

08:32 03-09-2020 | icon 255 | Siyasət
Dövlət büdcəsindən maliyyələşən partiyaların sayı artdı

Razi Nurullayevin və İlqar Məmmədovun təşkilatları parlament partiyası sayılacaq. 

Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı rəsmi qeydə alıb. Deputat Razi Nurullayevin sədrlik etdiyi Milli Cəbhə Partiyası və İlqar Məmmədovun sədri olduğu REAL Partiyasının qeydə alınması həm də hər iki partiyanın parlament partiyası statuslu partiya olması deməkdir. Çünki onlar parlamentdə deputatla təmsil olunurlar. Onu da qeyd edək ki, hər iki partiya müxalifət partiyasıdır. Onların qeydə alınması parlamentdə müxalifət partiyalarının sayının rəsmi olaraq artması deməkdir. 

Versus.az xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib ki, həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib. Prezident Administrasiyasında siyasi partiyalar və parlamentlə iş üzrə yeni şöbənin yaranması ilə siyasi arenada çox dəyişiklik olub: “Onilliklərlə yaranmış problemlərin bir-bir həll edilməsi şansı yaranıb və bəziləri artıq həllini tapıb. Yeni məmur təfəkkürü, yanaşması   cəmiyyətə müsbət impuls buraxır.

Razi Nurullayev — Vikipediya

Müvafiq şöbənin rəhbəri hörmətli Ədalət Vəliyevə görüşlərimiz zamanı müzakirə edilən problemlərin həlli yolunda atdığı addımlara görə təşəkkür edirəm. O demişdi ki, ölkə rəhbəri tərəfindən qarşısında ciddi məsələlər qoyulub və tez bir zamanda nəticə də olmalıdır.

Milli Cəbhə Partiyasının dövlət qeydiyyatına alınması partiyanın həyatında yeni ciddi mərhələnin başlanması deməkdir. Partiyanın sədri Milli Məclisin üzvüdür və bu o deməkdir ki, Milli Cəbhə Partiyası parlament partiyasıdır. Məsələnin bu hissəsi əslində avtomatik həll olunmuş sayılır. Lakin rəsmiləşməsi üçün lazım olan addımlar da atılacaq".

Natiq Cəfərli: "Onlar bu qədər bədbəxtdir"

REAL Alternativ Partiyasının sədr müavini Natiq Cəfərli isə bildirib ki, təmsil olunduğu partiya parlament seçkilərində qeydiyyatdan keçərkən REAL Partiyası kimi qeyd olunmuşdu: “Sadəcə, Erkin Qədirlidən xahiş eləmişdilər ki, onun qeydiyyat vərəqəsində müstəqil deputat kimi qeyd olunsun. Çünki REAL-ın rəsmi qeydiyyatı yox idi. İndi Milli Məclisin payız sessiyası başlayan kimi deputatımız Erkin Qədirli rəsmi qeydiyyatdan keçmiş partiyanın nümayəndəsi olduğunu bəyan edəcək və partiyanın parlamentdə təmsil olunan partiya kimi rəsmi qeydə alınmasını istəyəcək. Bizim əlavə üstünlüyümüz həm də odur ki, Erkin Qədirli REAL Partiyasının adı ilə seçkiyə gedib və partiyanın qurucularından biridir. Ona görə də REAL-ın parlament partiyası kimi rəsmiləşməsi məsələsi həllini tapacaq. Bundan sonra sizin sualınızda qeyd olunan dövlət büdcəsindən maliyyələşmə məsələsi öz həllini tapa bilər. Əslində biz ümumilikdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə o qədər yaxşı baxmırıq. Amma indi qüvvədə olan qanunvericilik partiyaya dövlət büdcəsindən maliyyələşmək imkanı yaradacaqsa, həmin vəsaitin partiyanın inkişafı, regional bölmələrinin daha da gücləndirilməsi üçün istifadə etməyi düşünürük”.

N.Cəfərli REAL-ın qeydə alınmasının müsbət siyasi prosesin bir nümunəsi olduğunu dedi: “Həm partiyaların, həm də QHT-lərin qeydiyyatı ilə bağlı dövlətin siyasətində son aylar müsbətə doğru dəyişiklik var. Bu müsbət proses, nəhayət, REAL-ın da qeydə alınmasına gətirib çıxardı. Bu müsbət dəyişikliyi ancaq alqışlamaq olar”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür