Dünya ÜDM-inin azalmasına dair proqnoz yenilənib

21:37 08-09-2020 | icon 357 | Dünya
Dünya ÜDM-inin azalmasına dair proqnoz yenilənib

“Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci ildə dünya ümumi daxili məhsulun (ÜDM) azalmasına dair proqnozunu iyun ayındakı 4,6 faizə qarşı 4,4 faiz olaraq açıqlayıb.

 

Versus.az xəbər verir ki, sentyabr ayının “Global Economic Outlook” hesabatına görə, pandemiya şəraitində iqtisadi fəaliyyətlər gözləndiyindən daha tez bərpa olunur.

 

“Çin artıq ÜDM-sini böhrandan əvvəlki səviyyəyə qaytarıb. ABŞ, Böyük Britaniya və Fransada pərakəndə ticarət göstəriciləri fevral səviyyəsini üstələyir. Buna baxmayaraq, iqtisadiyyatın V şəkilli bərpa olunacağına əmin deyilik”, - deyə, “Fitch Ratings”in baş iqtisadçısı Brayan Kolton qeyd edib.

Ekspertin fikrincə, dünya iqtisadiyyatının dirçəlişi yaxın vaxtlarda yenidən yavaşlaya bilər: “Avropada işsizlik hələ özünü ciddi şəkildə göstərəcək, çünki şirkətlər sərmayə yatırımlarını azaldır, sosial məsafə qaydası üzündən fərdi istehlak hələ də məhdud səviyyədədir”.

Bununla yanaşı, “Fitch”in qənaətincə, ABŞ ÜDM-si iyun ehtimalına qarşı 5,6 faiz yox, 4,6 faiz azalacaq. Eyni zamanda avrozona ÜDM-si üçün azalma proqnozu 8 faizdən 9 faizədək, Çin istisna olmaqla, inkişaf edən ölkələr üçün 4,7 faizdən 5,7 faizədək artırılıb. Çində iqtisadi artım proqnozu hələ iyul ayının sonunda 1,2 faizdən 2,7 faizədək artırılmışdı.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür