"Parlamentdən kənar partiyaların maliyyələşməsi vacibdir"

10:24 19-09-2020 | icon 677 | Siyasət
"Parlamentdən kənar partiyaların maliyyələşməsi vacibdir"

Fuad Əliyev: "Bunun üçün bir mexanizm tətbiq olunub həyata keçirilsə yaxşıdır"

 

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc “İlham Əliyevin yeni xalq hakimiyyəti” adlı yazısında parlamentdə təmsil olunmayan partiyaların da dövlət büdcəsindən maliyyələşməsi məsələsinə toxunub.

 

Versus.Az-ın məlumatına görə, Zahid Oruc bildirib:

“İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqressivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu ”yeni xalq hakimiyyəti"nin ali məramıdır".

 

Z.Orucun bu fikirləri parlament təmsilçiliyi olmayan partiyaların büdcədən maliyyələşməsi üçün hansısa addımların atılacağının anonsu sayıla bilərmi? Parlament təmsilçiliyi olmayan partiyalar bunu istəyirmi?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Zahid Orucun hakimiyyətin görəcək işlər barədə məlumatlı şəxs olduğunu vurğulayıb:

 

"Bu baxımdan onun yazısında əksini tapan məsələnin nə zamansa reallaşacağına ümid yaranır. Parlamentdən kənarda olan partiyaların maliyyələşməsi məsələsinin müsbət həllinin vacibliyi barədə biz də zaman-zaman bildirmişik. Çox ölkələrdə belə prosedur var, parlament seçkilərində iştirak edən, amma parlamentə düşməyən partiyalara dövlət tərəfindən maliyyə ayrılır. Biz də hesab edirik ki, bunun üçün bir mexanizm tətbiq olunub həyata keçirilsə yaxşıdır. Bununla bağlı mən PA rəsmisi Ədalət Vəliyevlə görüşümüzdə fikir mübadiləsi aparmışıq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür