“Məsuliyyət Ermənistanın, müharibə dolu qadınlarının üzərinə düşəcək”

21:17 21-09-2020 | icon 788 | Siyasət
“Məsuliyyət Ermənistanın, müharibə dolu qadınlarının üzərinə düşəcək”

Ramiyə Məmmədova:Akopyanın bu hərəkətinə qarşı hər bir Azərbaycan xanımının, başda birinci xanım olmaqla verəcəyi tək bir cavab var”

 

İşğalçı Ermənistan Azərbaycana qarşı  yeni müharibəyə hazırlaşır. Ordudakı çatışmazlıqları müxtəlif yollarla həll etməyə çalışan Ermənistan rəsmiləri əhalini silahlandırır, kadr çatışmazlıqlarını həll etmək üçün qanunsuz köçürmə siyasətindən istifadə edirlər. Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan baş nazirinin həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsünün müəllifi Anna Akopyanın bu irticaçı proseslərdə yaxından iştirak etməsi xüsusi ilə diqqət çəkir. Belə ki, bu gün erməni Anna Akopyan Azərbaycan torpaqları hesabına öz ərazilərini daha da genişləndirmək, daha çox qan tökmək üçün qadınları savaşa cəlb etməkdədir. Xəbər verildiyi kimi, artıq Akopyan üçün növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirməyi planlaşdırıb. Görünən budur ki, işğalçı öz cəzasını almadıqca daha çox qudurur. Bu gün Azərbaycan tərəfindən verilən şəhidlər erməni məkirinin, vandallığının sübutudur.

 

Erməni qadınının torpaq iddiası ilə müharibə hərisliyinin cavabı necə verilməlidir?

 

Versus.Az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Wörd Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova şərhində erməni təcavüzkarlığının, məkrli xislətinin onun qadın, ya kişi olmasına təsir etmədiyini deyib.

 

Politoloq hesab edir ki, başqasının ərazisinə, mədəniyyətinə göz dikib, hər zaman işğalçı, yırtıcı mövqedə dayanan erməni qadının sülhdən danışmağa haqqı yoxdur:

 

“Sülhdən danışan ölkənin bu rəsmi xanımı birinci növbədə Azərbaycan torpaqlarını dərhal boşaltmağı və sülh danışıqlarında konstruktiv mövqe sərgiləməyi təbliğ etməlidir. Əksinə, Akopyan Qarabağa gəlib silahı Azərbaycana tərəf tuşlamaqla, qadınları hərbi təlimlərə dəvət etməklə regionda sülhün deyil, münaqişənin davam etməsinə maraq göstərir. Görünən odur ki, Ermənistan nə danışıqlara, nə də beynəlxalq hüquqa məhəl qoymur. Erməni terrorçuları işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparır və müharibənin daha da qızışmasına, alovlanmasına yeni şərait yaradırlar. Heç şübhəsiz ki, tarixdə böyük döyüşçü qadın sərkərdələri, amazonları ilə yadda qalan Azərbayacan nə qədər sülhsevər olsa da, özünü belə vəhşi niyyətli vandallardan qoruya biləcək gücə, imkana sahibdir”.

 

Politoloq ermənilərin tək ərazi işğalçılığı ilə deyil, həm də elmi-ədəbi oğurluqlarla da özlərinə yalançı tarix yazdıqlarını qeyd edib. Tarixi yazılı mənbələrdə, arxiv sənədlərində araşdırmalar apardıqca görursən ki, erməni millətinə aid nə varsa əksər hissəsi başqa millətlərdən oğurlanıb:

 

“Bu üzdəniraq millət "Böyük Ermənistan xülyası" ilə başqalarının torpaqlarına, evlərinə, həyatına göz dikərək insanlara zərər verməkdən çəkinmirlər. Bu xislət nəinki kişisində, hətta ana olan, övlad dünyaya gətirən, hər zaman "sülh sevər” çağırışlar edən erməni qadınlarında da hökm sürür. Göründüyü kimi belə "sülhsevər" qadının simasında olan Ermənistanın baş nazirinin həyat yoldaşı əri Paşinyan kimi oyun oynamağa, qan tökməyə, dinc əhalini qanına qəltan etməyə və işğal etdikləri "torpaqları gorumaga çalışdığını" göstərməkdən heç də   çəkinmir”.

 

R.Məmmədova bildirib ki, qərbyönümlü siyasəti ilə hakimiyyətə gələn erməni baş nazirin Dağlıq Qarabağ məsələsində daha adekvat və doğru yol tutacağı güman edilsə də, nəinki özünün, hətta arvadının da sülh yolu ilə deyil, daha çox qan tökmək, təcavüzkarlıq yolu tutması bütün dünyaya bəllidir.

 

Politoloq hesab edir ki, Akopyanın gadın alayının başında duraraq Qarabağda 7 günlük təlim keçməsi və bu gün də o təlimləri davam etdirmək niyyəti bütün dünyaya, “biz işgalçıyıq və elə də qalacağıq” ideyasını bəyan edir. Bu, bir ana, gadın üçün ən böyük utancdır:

 

“Akopyanın əlinə tüfəng alıb onu Azərbaycanın dinc əhalisinə tuşlaması və sonradan çıxıb “biz erməni qadınları sülh istəyirik”, deməsi ikiüzlüyün və analıq adına gətirilən utancın bir nümunəsidir. Prosesdə marağı olan qüvvələr illərdir Paşinyanı bu oyunda oynatmaqla, eləcə də danışıqlar prosesinin ləngidilməsi, Qarabağ icmasını danışıqlar prossesinə qatmaq istəkləri, erməni lobbisinin bizə qarşı olan dövlətlərə maliyyə dəstəyi verməsi, Minsk Qrupu çərçivəsində hər gün cəfəng bəyanatlarla çıxış edib baş aldatmaqla elə hesab edirlər ki, zaman keçdikcə biz Qarabağı unudub hansısa dığalara verəcəyik. İllərdi davam edən müharibə, işğal altında olan torpaqların heç bir zaman sülh yoluyla geri alınmayacağı duruma gəlmişik. Lakin hələ ki, türk kişisi yanında dayanan gadınların əllərinə tüfəng almasına razı deyil. Lakin Qağlıq Qarabağ yarasının sağalması uğrunda hər birimiz – kişilərimizlə birgə səngərdə durmağa hazırıq. Ona görə də Akopyan əlinə silah alıb Azərbaycanın dinc əhalisinə tuşlamaqdansa, işğalçılıq siyasətindən əl çəkmələri üçün Paşinyanı yola gətirsin. Əks halda bütün məsuliyyət Ermənistanın, ermənilərin müharibə istəkli qadınlarının üzərinə düşəcək. Hələlik isə Akopyanın bu cür hərəkətinə qarşı hər bir Azərbaycan xanımının, başda birinci xanım olmaqla verəcəyi tək bir cavab var: Sənin oğluna verdiyin tərbiyənin cavabı bizim oğullarımızın tək Dağlıq Qarabagda deyil, Ermənistanın paytaxtında Azərbaycanın şanlı bayrağının dalgalandırması olacaqdır”. /"Həftə içi"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür