"BMT öz fəaliyyəti ilə nüfuzlu təşkilat olduğunu sübut etməlidir"

13:16 23-09-2020 | icon 362 | Siyasət
"BMT öz fəaliyyəti ilə nüfuzlu təşkilat olduğunu sübut etməlidir"

Lalə Quliyeva: "Sual yaranır - BMT-nin yaranma gününü bayram kimi qeyd etməliyikmi?

 

"Bu il Birləşmiş Millətlər Təşkilatı, özünün 75-ci ildönümünü qeyd edir. 1945-ci ilin oktyabrın 24-ü BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Bu qanun Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Çin, Fransa və digər dövlətlər tərəfindən imzalanıb. 1971-ci ildə BMT-nin Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir. Azərbaycan da 1992-ci il martın 2-də BMT-yə üzv seçilməsindən sonra bu əlamətdar günü qeyd edir. İndi sual yaranır - biz BMT-nin yaranma gününü bayram kimi qeyd etməliyikmi? Bəyəm, BMT öz missiyasını yerinə yetirib? Verdiyi qərarları həyata keçirib?"

 

Versus.Az xəbər verir ki, bunu ALDP Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.

 

Lalə Quliyeva vurğulayıb ki, Azərbaycan 1992-ci ildən BMT-yə üzvdür. Və 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib:

 

"İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib. 28 ildir ki biz bu qərarın nəticəsini gözləyirik. 75 illiyini qeyd edən təşkilat, 28 ildir ki, özü verdiyi qərarlara hörmətsizlik edərək həyata keçirə bilmir. Sual yaranır- Niyə? Çünki BMT-nin içərisində çox böyük qlobal gücə malik olan super-dövlətlərin özlərini sayması nəticəsində çox güclü qruplaşma gedir. Bu gün BMT super-dövlətlərin sözünü deyir. Öz üzvlərinin hər birinə fərqli bir mövqelərdən yanaşır və bu da etimadı və ona inamını azaldır. BMT içərisində əhəmiyyətli dəyişikliklər aparmalıdır və itirilmiş nüfuzunu bərpa etməlidir. 75-il yübiley ərəfəsində artıq BMT tribunasından təşkilatın islahatlara ehtiyacın olunması ilə bağlı çıxışlar səslənir".

 

L.Quliyeva qeyd edib ki, Prezident İlham Əliyevin BMT-nin yaranmasının 75-ci il dönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına dair bəyanatı alqışlanmalıdır:

 

"Əgər BMT öz qərarlarını həyata keçirə bilmirsə, ədalətli arbitr rolunu oynaya bilmirsə, islahatlara getmirsə, onda bu təşkilatın mövcudluğu sual altındadır. BMT öz fəaliyyətilə sübut etməlidir ki, o, nüfuzlu təşkilatdır".

 

SEVDA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür