“Beynəlxalq təşkilatlar bizim məntiqimizi başa düşəcək” - MÜSAHİBƏ

17:53 23-09-2020 | icon 398 | Siyasət
“Beynəlxalq təşkilatlar bizim məntiqimizi başa düşəcək” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Dağlıq Qarabağın müharibə yolu ilə həll olunmasında heç vaxt indiki kimi şərtlər yetişməmişdi”

 

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti davam edir. Azərbaycanın dövlət sərhədləri pozulub və bu məkrli siyasət bu gün də Ermənistanla sərhəd olan digər rayonlarımızda həyata keçirilir. Hazırda erməni terrorçularının hədəfində strategi enerji layihələrinin keçdiyi Tovuz rayonudur. Düşmən Tovuzu hədəfə almaqla iqtisadi layihələrdə iştirak edən Qərbi, Avropanı, Türkiyəni müharibəyə qoşmağa cəhd edir. Ermənilərin 30 ildir işğal etdiyi Azərbaycan ərazilərində hansı oyunlardan çıxdığı və “seçki” keçirilməsinə qədər hansı cinayətlərə əl atdığı dünyaya bəllidir. Təssüf ki, dünya gücləri işğalçıya qarşı hər hansı bir sərt reaksiya vermir, üstəlik hansısa iqtisadi maraqlar daxilində xarici dövlətlərdən Dağlıq Qarabağa səfərlər edilir, köçlər həyata keçirilir, maddi-mədəniyyət abidələrimiz dağıdılır, tariximiz saxtalaşdırılır, erməniləşdirilir. Dünya isə Azərbaycana qarşı törədilən bu qədər haqsızlığa qarşı, KOR, KARDIR. Bütün bu təxribatçı əməlləri ilə Ermənistan açıq şəkildə danışıqları, beynəlxalq hüququ vecə almadığını və Azərbaycanı müharibəyə təhrik etdiyini bəyan edir.

 

Artıq Azərbaycanın səbr kasası dolub. Prezidentin də dediyi kimi, Azərbaycan artıq ona qarşı edilən haqsızlığa, təhqirə dözmək fikrində deyil. Bu gün Azərbaycanda “Ermənistan hərb istəyirsə, ona hərblə cavab verməyə hazırıq” ritorikası açıq tekstlə bəyan edilir. Göründüyü kimi, Azərbaycana qarşı ədalətsiz yanaşmalar, beynəlxalq hüququn ədalətin gücünə deyil, gücün hüququna söykənməklə mövcud gərginliyi pik həddinə çatdırıb. Azərbaycan dövlət təhlükəsizliyini qorumaq, öz insanının haqqını müdafiə etmək üçün üzərinə düşən öhdəliyi yerinə yetirməli, beynəlxalq hüququn verdiyi imkandan istifadə edərək, pozulmuş sərhədlərini bərpa etməlidir. Prezident İlham Əliyevin Ermənistanın təcavüzünə və ona əsas verən beynəlxalq təşkilatların vecsizliyinə qarşı sərt ritorikası bu gün yeni bir dönəmin başlanmasından xəbər verir.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu  mövcud vəziyyəti təhlil edərək maraqlı məqamlara toxunub.

 

“Bu, Qərbə, Amerikaya , Türkiyəyə qarşı Rusiyanın hiyləsidir”

 

- Sərdar müəllim, sülh danışıqları prosesinə məhəl qoymayan erməni terroruna qarşı münasibətdə sanki yeni bir “danışıq mərhələsi” start götürüb. Prezidentin ritorikasından göründüyü kimi, bu dəfə işğalçı ilə öz başa düşdüyü dildə danışılacaq. Mövcud vəziyyəti necə təhlil edərdiniz və bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində hansı yeni bir mərhələ start götürüb?

 

- Uzun illərdir gözlədiyimiz Dağlıq Qarabağ münaqişəsinin həlli yolları başlayıb. Artıq proseslər bu istiqamətdə inkişaf edir. İndiyə qədər Dağlıq Qarabağın müharibə yolu ilə həll olunmasında heç vaxt indiki kimi şərtlər yetişməmişdi. Artıq şərtlər yetişibdir. Biz, Rusiyanın Ermənistana verəcəyi dəstəyi neytrallaşdıracaq Pakistan Türkiyə kimi dövlətlərin dəstəyini əldə eləmişik. Bu, eyeni mərhələdə mühüm amildir. Çünki Azərbaycan xalqı 2016-cı il aprel döyüşlərində ərazilərini öz gücü ilə işğaladan azad etməyin faktiki olaraq nümunsəsini ortaya qoymuşdu və güclü ordumuz Ermənistan sərhədlərinə qədər düşməni qovmuşdu. Təəssüf ki, müəyyən təsirlər sayəsində Rusiya Azərbaycan hökumətini ordunu geri çağırmağa məcbur eləmişdi. Bu da onu göstərir ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək qüdrəti, iradəsi var, lakin onu qalıcı etmək üçün bizə hərbi müttəfiqlər lazımdır. Bu baxımdan ölkədə bu istiqamətdə proseslər gedir. Bilirsiz ki, ölkədə ehtiyatda olan zabitlərin təlimi ilə bağlı səfərbərlik elan olunub. Sərhəd zonalarında istehkamlar, möhkəmləndirmə işləri aparılır. Azərbaycan Prezidenti hərbi əməliyyatlar aparacağını bəyan etmişdir. Bu baxımdan deyirəm ki, artıq Qarabağın hərbi yolla azadlığı prosesi başlanıb. Bizim vəzifəmiz isə Prezidentin yanında olmaq, dövlətimizə yaxından dəstək verməkdir.

 

- Qarabağda hərbi əməliyyatarın başlayacağını qeyd edərkən siz də regionda, xüsusilə Rusiyanın verə biləcəyi təpkini vurğuladınız. Beynəlxalq təşkilatlar sanki prosesləri sadəcə izləməklə kifayətlənir. Nəyə görə, niyə Ermənistanın təxribatlarına açıq təpki göstərilmir və nəyi anlamırlar?

 

- Beynəlxalq təşkilatlar bu məsələdə artıq parçalanıb. Avropa və Amerika demək olar ki, Azərbaycanın mövqeyinə yaxın mövqe nümayiş etdirir. Əslinə baxsan, Minsk qrupunun fəaliyyətinin iflasa uğraması onu göstərir ki, Qərb özü də bu münaqişənin dinc yolla həll etməyin mümkün olmadığını başa düşür. Eyni zamanda Tovuz hadisələri göstərdi ki, bu, Qərbə, Amerikaya , Türkiyəyə qarşı Rusiyanın hiyləsidir. Bu məsələdə Qərbin reaksiyası bizə uyğun olacaq. Ona görə ki, biz beynəlxalq hüquqa əsasən öz ərazilərimizi istənilən üsulla azad etmək hüququna malikik. Azərbaycan tərəfi artıq 30 ildir ermənilərin nazı ilə oynayıb və Dağlıq Qarabağda münaqişənin danışıqlar yolu ilə həllinə cəhd edib. Bunun heç bir nəticəsi yoxdur və nəhayət danışıqların da bir vaxtı, vədəsi olmalıdr. Yoxsa, belə 1000 il danışıq aparmaq olmaz ki. Ona görə də hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim torpaqlarımızı azad etməklə bağlı məntiqimizi başa düşəcək və bizim yanımızda olacaq. Bu prosesdə Rusiya, Fransa kimi qərəzli qüvvələr özləri bilər. Lakin bu dövlətlər Ermənistan tərəfdən müharibəyə dəstək verəcəklərsə, mütləq Pakistan və Türkiyə Azərbaycanın yanında olacaqlar. Türkiyənin rəsmi bəyanatından da götründü ki, Türkiyə Azərbaycana hücumu, Türkiyəyə olan hücum kimi dəyərləndirdi. Bu o deməkdir ki, müharibə aktiv fazaya keçəcəkdə, qardaş dövlət avtomatik olaraq müharibədə tərəf olacaq. Bu da onu göstərir ki, biz bu müharibədə, əvvəlki illərdən fərqli olaraq tək deyilik. Yanımızda dünyanın ən böyük ordusu, NATO-nun müttəfiqi var. NATO bu gün Rusiyanın sərhədlərinə qədər gəlib. Əgər Türkiyə ilə Rusiya müharibəyə başlasa NATO da Qərb tərəfdən Rusiya ilə müharibəyə başlayacaq. Rusiyanın bu müdaxiləsi dünya müharibəsinə gətirib çıxara bilər. Ruslar kifayət qədər ağıllıdırlar, ermənilərə görə belə bir axmaq prosesə qoşulmayacaqlar. Amma qoşulacaqlarsa da cavablarını alacaqlar.

Neçə ki, Azərbaycan öz sərhədləri daxilində müharibə aparır, Rusiyanın buna qarışmağa ixtiyarı yoxdur. Yaxud, əgər bu döyüşlər Ermənistan ərazisində gedərsə Rusiya bu müharibəyə qarışacağı təqdirdə uduzacaqdır.

 

- Biz Rusiyanın, yaxud digər qüvvələrin bizim savaşa qarışmağa haqqının olmadığını deyirik. Heç uzağa getməyək, elə Tovuz hadisələrində Rusiyanın birbaşa əlinin olduğu deyildi. Demək, hadisələr heç də bizim istədiyimiz kimi inkişaf eləmir və Rusiya bizim diqtəmizə tabe olmur.

 

- Qarabağ problemini yaradan birbaşa Rusiyadır. Bu məsələnin həll edilməsinə imkan verməyən Rusiyadır. Ermənistan burda bir maşa rolunu oynayır. Ermənilər qurbanlıq keçidir, özləri də yaxşı bilirlər ki, rusların əlində bir oyuncaqdırlar. Erməni liderləri, erməni ziyalıları başa düşürlər ki, nə Qarabağın ermənilərə aidiyyatı var, nə də Ermənistanın ermənilərə aidiyyatı var. Görün nə qədər həyasızdırlar ki, tarixi ərazilərimizi bizdən alıb özlərinə Ermənistan boyda dövlət yaradıblar, indi də bizi bu bölgdən sıxışdırıb ərazilərini genişləndirmək istəyirlər. Əslində bu da Rusiyanın geopolitik siyastinin tərkib hissəsidir. Jirinovski çıxışlarının birində ağzından qaçırdı ki, burda məqsəd TURAN Birliyinin formalaşmasına, Türkiyənin daha geniş ərazilərdə şaxələnməsinə mane olmaqdır. Dağlıq Qarabağ yalnız Azərbaycan xalqı üçün düşünülmüş bir problem deyil. Bu problemə strateji bir məsələ kimi yanaşırlar. Məqsəd, Türkiyənin digər türk dövlətləri ilə bir başa fiziki coğrafiyada birləşməsinin qarşısını almaq, lazım olarsa Türkiyə üçün ermənilərdən ibarət nəhəng bir güc formalaşdırmaqla Turan Birliyinin qarşısını almaqdır. Mənə belə gəlir ki, artıq Türkiyə siyasətçiləri, digər türk dövlətlərinin liderləri bunu başa düşürlər. Bu məsələdə bütün türk dövlətləri, müsəlman dünyası bizim yanımızda olmalıdır. Cünki bu həm də bir cihad məsələsidir. Qurani Kərimdə hər hansı bir müsəlman ölkəsinə düşmən hücum edirsə, bütün müsəlman ölkələrin çiyninə həmin dövlətə yardım etmək məsələsini qoyur. Müsəlman ölkələri bu məsələdə öz cihad borcunu yerinə yetirməyəcəklərsə, onlar da Allah qarşısında cavab verəcəklər. Eləcə də Rusiyanın ərazisində yaşayan 50 min türk və islam xalqları bu məsələdə bizim yanımızda olmalıdır. Və öz dövlətlərinin bu məsələdə neytral qalmasına nail olmalıdırlar. Beynəlxalq hüquq bizim tərəfimizdədir, ədalət bizim tərəfimizdədir, Allah bizim tərəfimizdədir. Allah təala Quranda buyurur ki, sizi yerinizdən vurub çıxaranları, siz də vurub çıxarın. Bu gün biz Allahın əmrini yerinə yetiririk. Allah təala Quranda deyir ki, qələbə mənimlə olanlarladır. Biz Allahlayıq, ona görə də qələbə bizimlədir. İnşallah qısa müddət ərzində torpaqlarımızı işğaldan azad edəcəyik və bu 30 illik məğlubiyyət kompleksindən çıxıb, ictimai-siyasi həyatında çox ciddi addımlar atacağıq.  Azərbaycanı tərk edən məhsuldar qüvvələr geri qayıdacq və Azərbaycan dövləti tamamilə yeni bir simada dünya ictimaiyyətinə qucaq atacaq.

 

“İlham Əliyev deyəndə ki, “lazım gəlsə” - çoxları buna ironiya edirdi, lakin bu həqiqətdir”

 

- İnşaallah. Sərdər müəllim, dediniz ki, biz Allahın - “sizi yerinizdən vurub çıxaranları, siz də vurub çıxarın”- buyruğu ilə hərəkət edirik. Amma bu da faktdır ki, illərdir işğal altındayıq və  Allahın bu buyruğunu yerinə yetirməkdə gecikmişik. Demək, illərdir işğalda qalmaqla Allah bizi cəzalandırır?

 

- Gecikməmişik. Əvvəla, torpaqların işğaldan azad olunması üçün şərtlər yetişməli idi. İlham Əliyev deyəndə ki, “lazım gəlsə” - çoxları buna ironiya edirdi, lakin bu həqiqətdir. Açıq deyə bilərik ki, vaxtilə Türkiyə və Amerikadan olan siyasətçilər bizə məsləhət görürdülər ki, mümkün qədər məsələni uzadaq ki, Azərbaycan kifayət qədər güc əldə eləsin, özünə müttəfiqlər tapsın. Yaxud, beynəlxalq ictimaiyyətdə ermənilərin və rusların əsas niyyətləri ifşa ediləndən sonra bu məsələnin həllinə başlanılsın. 30 ildə bu məqsədlərin hamısı yerinə yetirildi, bütün dünya gördü ki, ermənilər, Qarabağ məsələsi Rusiyanın əlində bir silahdır və türk dünyasına, islam dünyasına qarşı, Rusiyanın gücləndirilməsinə yönələn bir problemdir. Bütün dünya gördü ki, ermənilər 30 ildir ki, danışıqlar adı altında sadəcə olaraq meymunluq edirlər. Onaların heç bir sülh niyyəti yoxdur, Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək niyyətləri yoxdur. Onlar dünənə qədər deyirdilər ki, guya Qarabağdakı ermənilərin hüquqlarını müdafiə edirlər. Amma bu gün artıq yeni bir hava çalmağa başlayıblar.

Münaqişə uzanmalı idi ki, bu vaxt ərzində Azərbaycan öz ordusunu yaratsın, özünün maddi-texniki bazasını gücləndirsin, Rusiyanın silahından asılı olmasın, özünün hərbi-sənaye kompleksini formalaşdırsın və beynəlxalq miqyasda öz nüvəsi olan bir neçə dövləti özünə hərbi müttəfi kimi qəbul etsin. Artıq nüvə silahı olan Pakistan Türkiyə bizim yanımızdadır. Hər iki ölkə özünün bütün resursslarını Azərbaycana verməyə hazırdır. Pakisatan da rəsmi bəyanat verib ki, tərəflər müharibəyə qoşularsa, hətta Azərbaycanın çağırışı olmasa da, özü bu prosesə qoşulacaqdır. Çünki Pakistanın da strateji maraqları var. Pakistanın ayaq üstə durması türk dünyası ilə birbaşa inteqrasiyadan keçir. Düzdür, Pakisatanın türk dünyası ilə birbaşa sərhədləri yoxdur. Cənubi Azərbaycan Pakistanın türk dünyasına yolunu açır. Ona görə də Pakistan bu gün Cənubi Azərbaycan məsələsini qaldırır. Türkiyənin Azərbaycana hücumu Türkiyəyə hücum kimi dəyərləndirən bəyanatı o deməkdir ki, Ermənistan tərəfindən kimsə bu münaqişəyə qoşulacaqsa, Türkiyə avtomatik olaraq ona müharibə elan eliyəcək. Ermənistanın 4 tərəfi türklərlə əhatəlidir, Yerevan Naxçıvandan cəmi 72 kilometr aralıdır. İndi-indi ermənilər deyirlər ki, Bakını vuracağıq. Bizim quru qoşunlarımız tank surəti ilə 2 saatın içində Yerevanı tuta bilər. Bu gün ermənilər çaşıblar, çaşqınlıq içərisindədirlər. Atdıqları addımlar da özlərinin əleyhinə işləyir.

Ermənilərin bircə yolu var - Dağlıq Qarabağı, torpaqlarımzı  boşaltmalıdırlar. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər istisna olmaqla, Azərbaycan torpağında bir nəfər də erməni qalmamalıdır.

 

- Aydın məsələdir ki, müharibə şəraitində olan ölkənin gücü, hərbi qələbəsi həm də onun daxili birliyinə və sabitliyinə söykənir. Bu gün ölkənin daxili siyasi vəziyyəti, siyasi müxalifət partiyalarının fəaliyyəti müstəvisində sərhəddə baş verən mövcud vəziyyətə nə dərəcədə adekvatdır?

 

- Azərbaycan müxalifətinin böyük əksəriyyəti Dağlıq Qarabağ məsələsində müxalifətçilik mövqeyindən çıxış eləmir, iqtidarın yanındadır, torpaqların azad olunması prosesində Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir. Yerdə qalanlarının Rusiya və digər xarici dövlətlərlə əlaqəsi var ki, onlar daha çox başqa məsələləri gündəmə gətirirlər. Deməli, bu hadisə həm də, kimin dövlətə, yaxud xaricə xidmət etməsini üzə çıxaran hadisə olacaq. Kimlər ki, başqa maraqlarını kənara qoyub Qarabağın azadlığı məsələsini hər şeydən üstün tutacaq, onlar dövlətin yanında olanlardır. Kimlər ki, Qarabağ məsələsinə, hakimiyyət dəyişikliyindən sonra baxmağı düşünəcək, bunlar erməni, rus qüvvələrinə xidmət edən qüvvələrdir. Təbii ki, belələrini ifşa edən cəmiyyət, dövlət, Təhlükəsizlik Xidməti orqanları var. Əgər müharibə başlayacağı təqdirdə müxalifətdə hansısa təxribata əl atanlar olacaqsa, qanun qarşısında cavabdeh olacaqlar və hakimiyyət onları neytrallaşdırmalıdır. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili