"Rusiyanın maraqları Kəlbəcər və Laçındırsa, bizimki də İrəvan olacaq"

11:08 24-09-2020 | icon 367 | Siyasət
"Rusiyanın maraqları Kəlbəcər və Laçındırsa, bizimki də İrəvan olacaq"

İqbal Ağazadə: "Kəlbəcərsiz və Laçınsız həll yolu milli maraqlarımıza cavab vermir"

 

"Lavrovun işğal olunmuş beş rayonla bağlı səsləndirdiyi fikir əslində onu təsdiq edir ki, proseslərə nəzarət edən Rusiya tərəfidir və məhz beş rayonun qaytarılması məsələsini gündəmdə saxlamaqla Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir və problemin bütövlükdə həll olunmasına tərəfdar deyil. Konflikt bütövlükdə həll olunsa, tərəflər hərəsi üzünü bir tərəfə tutub başqa xarici siyasət yürüdəcək və Rusiyanın Cənubi Qafqazdan çıxması şərt olacaq".

 
 
Versus.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Lavrovun çıxışı ilə bağlı açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
 
 
Partiya sədrinin fikrincə, Rusiya tərəflərin danışıqlardan imtina edib müharibə ritorikasına girdiyi bir vaxtda belə açıqlama verməklə həm emosiyaları sakitləşdirmək istəyir, həm də gələcək niyyətindən xəbər verir. Yəni, hətta gələcəkdə hakimiyyət dəyişsə belə, Rusiyanın planları dəyişməyəcək, konfliktin başqa bir şəkildə irəliləməsinə imkan verilməyəcək:
 
 
"Kəlbəcərsiz və Laçınsız həll yolu bizim milli maraqlarımıza cavab vermir. Hesab edirəm ki, əgər müharibəyə başlasaq, birinci Kəlbəcər işğladan azad olunmalıdır ki, söhbət beş rayon mərhələsindən çıxsın. Sərhədyanı rayonlar işğadan azad edilməlidir. Bu şamil olunmalıdır Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcərə.
 
Azərbaycan Zavox keçid məntəqəsinə nəzarəti həyata keçirə bilməlidir. Həm Naxçıvan istiqamətindən, həm Qubadlı, həm də Laçının Güləbirdə söykənən istiqamətindən nəzarət həyata keçirilməlidir. Konfliktin danışıqlar yolu ilə həllinə bundan sonra baxılmalıdır".
 
 
İqbal Ağazadə qeyd edib ki, Rusiya konflikt üzərindəki hakimiyyətindən imtina etmək istəmir:
 
 
"Ümumiyyətlə, Rusiya dünyada harda varsa, orda konfliktlərlə qala bilir. Bu, Suriyada, Liviyada, Ukraynada, Abxaziya və Osetiyada, Ermənistanda da belə təşkil olunub. Rusiyanın olduğu yerdə demokratiya anlayışı yoxdur.
 
Hesab edirəm, Rusiya bizimlə məqsədəmüvafiqliklə danışmamalıdır. Biri var hüquqa müvafiq, bir var məqsədə müvafiq yanaşma. Hüquqamüvafiklik Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə azad edilməsini diktə edir, məqsədəmüvafiqlikdən danışsaq, onda bizim məqsədimiz Göyçəyə, Zəngəzura qədər torpaqlarımızı geri almaq olmalıdır.
 
Rusiyanın maraqları Kəlbəcər və Laçındırsa, bizimki də İrəvan olacaq. Ona görə Azərbaycanla heç kim məqsədmüvafiqliq prizmasından danışa bilməz".
 
 
Partiya sədri vurğulayıb ki, Ermənistan danışıqlara razılıq versə də, verməsə də, dəyişən bir şey olmayacaq:
 
 
"Azərbaycan ən pis halda müharibənin birinci mərhələsini başlatmalıdır. Dörd rayon, Cəbrayıl, Zəngilan və Kəlbəcər işğaldan azad edilməlidir. Füzuli və Ağdam istiqamətindən hücuma keçməyin əhəmiyyəti yoxdur. O rayonlarla uğraşmağa dəyməz. Bu gün üçün. Bu gün əsas məsələ dövlət sərhədlərinin təmizlənməsi və bağlanmasıdır. Sərhədlərimiz azad edildikdən sonra danışıqlara oturulmalı, Ermənistan yenə israr etsə, Laçın dəhlizinin bağlanması gündəmə gəlməlidir. Bundan sonra Azərbaycanın daxilində terrorçularla mübarizə aparıb, öz problemini həll etməsi qalır. Yoxsa Ağdam Füzuli azad edildi, sərhəd zolağımızda Azərbaycan dövlətinin nəzarəti qurulmadı, olmaz.
 
Dövlət sərhəddən başlayır. Bizim sərhədlərimiz pozulub. Laçın dəhlizi ona görə ilk mərhələdə açıq qoyulur ki, istəməyən vətəndaşlar getsinlər. Azərbaycanda qalanlar isə Azərbaycan qanunları ilə yaşamalıdırlar. Məsələnin həll yolu budur. Hərb yolu mütləq şərtdir.
 
Bu 4 rayon işğaldan azad olunmasa, danışıqlar masasına otursaq, bizə hər kəs öz şərtini diktə edəcək.
İndi hər kəs öz mövqeyini möhkəmləndirir. Biz bu gün adını çəkdiyim 4 rayonu azad etsək, bizə kimsə "gözün üstə qaşın var", deyə bilməz. Çünki bu, beynəlxalq hüquqa uyğundur. Niyə etmirik? - bax, bunu iqtidardan soruşmaq lazımdır".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür