Fransada təyyarə qəzası baş verib: Üç nəfər həlak olub
Fransada “Cirrus 22” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həyatını itirib.
“France Bleu” radiosu xəbər verir ki, insident Fransanın Bezanson şəhərinin hava limanı yaxınlığında baş verib.
Təyyarə yerə çırpılandan sonra alovlanmağa başlayıb.
Faciənin səbəbləri araşdırılır.
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"