Paşinyanın və Ermənistan parlamentinin Qarabağın statusu məsələsini həll etmək hüququ yoxdur

18:13 29-09-2020 | icon 320 | Dünya
Paşinyanın və Ermənistan parlamentinin Qarabağın statusu məsələsini həll etmək hüququ yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın statusu məsələsini həll etmək üçün heç bir hüququ yoxdur.

 

Bunu Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib. 

 

“Ermənistan parlamentarilərinin Qarabağ sakinlərinə nə aidiyyəti var? Paşinyanın Ermənistan parlamentinə “Azərbaycanın Qarabağa Azərbaycan Respublikasının tərkibində muxtariyyət verəcəyi şərti ilə döyüşləri dayandırmağa razıdırlarmı?” müraciətinin heç bir mənası yoxdur” - deyə o qeyd edib. 

 

A.Ağacanovun sözlərinə görə, Paşinyan “Qarabağ xalqı” söz birləşməsini işlədərkən azərbaycanlıların da rəyini nəzərə almalıdır:

 

 “Qarabağ erməniləri Qarabağ azərbaycanlıları ilə birlikdə beynəlxalq müşahidəçilərin iştirakı ilə referendumda necə yaşayacaqlarını şəffaf formada özləri həll edəcəklər. Bu, həqiqətən də daha Ermənistan parlamentinin işi deyil”. 

 

Azərbaycanın Dağlıq Qarabağ sakinlərinə qarşı vuruşmadığını diqqətə çatdıran Ağacanov deyib:

 

“Dağlıq Qarabağın sadə sakinləri başa düşməlidirlər ki, Azərbaycan onlara qarşı müharibə aparmır. Azərbaycan Ermənistanda və Qarabağda hakimiyyətdə olan və sadə insanların azərbaycanlılarla dinc yanaşı yaşamasına mane olan şəxslərə qarşı müharibə aparır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR