Qənirə Paşayeva deputatları maaşlarını orduya bağışlamağa ÇAĞIRDI

14:53 30-09-2020 | icon 288 | Siyasət
Qənirə Paşayeva deputatları maaşlarını orduya bağışlamağa ÇAĞIRDI

Qənirə Paşayeva: "Qanvermə aksiyalarında iştirak da çox vacibdir"

 

“Biz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

 

O, müzəffər ordumuza mənəvi dəstək üçün bir neçə konkret təklif irəli sürüb.  

 

Millət vəkili həmkarlarını öz maaşlarını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edən xanım Paşayeva, həmkarlarını həmçinin qanvermə aksiyasına dəvət edib. Dövlətimizin gərəkən ehtiyatlara, o cümlədən yetərli qan bankına malik olduğunu, bunun rəsmi şəkildə bildirildiyini xatırladan Millət vəkili, öncəbhədə qızğın döyüşlər getdiyini və bu aksiyanın ehtiyacdan daha çox mənəvi dəstək ifadəsi olacağına, örnək təşkil edəcəyinə diqqət çəkib.

 

Qənirə Paşayeva ali məktəblərdə hərbi dərslərin bərpasını, orta məktəblərdə isə daha yaxşı təşkili məsələsinə baxılmasını zəruri hesab etdiyini bildirib. – Minlərlə gəncimizin səfərbərlik və hərbi çağırış idarələrinə gedərək, cəbhəyə könüllü yazılmasının qürurverici olduğunu, lakin o gənclərin heç olmazsa, ibtidai hərbi bilik və vərdişlərə yiyələnməsinin də xüsusi önəm daşıdığını qeyd edib.

 

Çıxışında Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10 illiyi ilə bağlı yubiley medalının təsis edilməsinə tərəfdar olduğunu da bildirən xanım Millət vəkili, bu yubiley medalı ilə bağlı müvafiq Qanunda dəyişikliyi dəstəkləyib. Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının özəlliklə son günlər gecə-gündüz fədakarlıqla çalışdığını deyən Qənirə Paşayeva, yubiley medalını, bu xidmətdə çalışanların işinə verilən dəyər kimi xarakterizə edib.

 

Millət vəkili çıxışının sonunda hər bir vətəndaşımızı, dünya azərbaycanlılarını, bütün haqsevər insanları Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb, ordumuzun tezliklə qəti və tam qələbə çalacağına inamını bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür