"Paşinyan növbəti dəfə Azərbaycan prezidentinin qarşısında məğlub duruma düşdü"

18:29 30-09-2020 | icon 304 | Siyasət
"Paşinyan növbəti dəfə Azərbaycan prezidentinin qarşısında məğlub duruma düşdü"

Əlisahib Hüseynov: "Əminəm ki, Ermənistan silahlı qüvvələri də tezliklə bu cür uğursuzluqla üzləşəcək"

 

"Sentyabrın 29-da “Rossiya 1” telekanalında baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsi kimin kim olmasını bir daha aydın surətdə göstərdi. Düşmən ölkənin rəhbəri bu müsahibə nəticəsində növbəti dəfə rüsvayçı duruma düşdü. Belə ki, Paşinyanın çıxışı İlham Əliyevin parlaq çıxışının fonunda həddindən artıq sönük təsir bağışladı. Və bu
həqiqəti hətta rusiyalı ekspertlər də etiraf etdilər".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, avantürist və populist Paşinyan təbii olaraq güclü “performans” göstərə bilməzdi:

 

"Çünki o və onun ölkəsi haqsız tərəfdir. Müharibədə haqsız olan, ədalətsiz tərəf kimi çıxış edən ölkənin lideri heç vaxt publika qarşısında, tamaşaçı auditoriyası qarşısında və ən nəhayət İlahi Həqiqət qarşısında əmin şəkildə, özgüvən hissi ilə, alın açıqlığı ilə danışa bilməz. Eyni zamanda Azərbaycan prezidentinin yüksək siyasi
peşəkarlığı və diplomatik ustalıqla çıxış etməsi faktı da həmişə olduğu kimi bu dəfə də öz sözünü dedi".



Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş “60 dəqiqə”
proqramında Azərbaycan prezidenti canlı yayıma bağlanaraq rusiyalı telejurnalistlərin suallarını
müfəssəl və mükəmməl şəkildə cavablandırdığını qeyd edən Əlisahib Hüseynov bununla da Nikol Paşinyanın növbəti dəfə Azərbaycan prezidentinin qarşısında məğlub duruma düşdüyünü bildirib:

 

"Əminəm ki, Ermənistan silahlı qüvvələri də tezliklə bu cür uğursuzluqla üzləşəcək, ağır məğlubiyyətə düçar olub Qarabağımzdan qaçacaqlar. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı döyüş nailiyyətləri bunu deməyə əsas verir.

Ordumuza və Ali Baş Komandanımıza eşq olsun!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür