Qarabağın səsi Ordumuzun düşmənə atdığı atəşlə eşidilir

12:45 01-10-2020 | icon 2112 | Köşə
Qarabağın səsi Ordumuzun düşmənə atdığı atəşlə eşidilir

.. sən niyə işğalçı Ermənistana sərt təpki verib, qatil ordusunu geri çağırmağa məcbur etmirsən!?

 

Bu gün Azərbaycan Vətən Müharibəsi aparır. 30 ildir Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi cinayətlərin, özbaşınalığın, namussuzluğunun cavabı bu gün verilir. 30 ildir Azərbaycan ictimaiyyəti erməni cinayətlərinin nəticəsində öz torpaqlarında məcburi köçkün yaşayır və bu gün O, məcbur edildiyi  müharibədə iştirakçıdır.

 

Ölkəmiz hər bir insanı ilə işğalçı Ermənistanı sülhə çox dəvət etdi, çox təşkilatların vasitəçiliyi ilə düşmənlə danışıqlara qatıldı. Yetər ki, qan tökülməsin, yetər ki, insanlar ölməsin, yetər ki, analar ağlar qalmasın, ana torpağımızın bağrı atılan mərmilərlə partlamasın, çəkilsin torpaqlarımdan, deyə... Amma erməni cinayətkarları öz məkiri, erməni hərisliyi, hiyləsi, düşmənçiliyi, türkə olan nifrəti, böyük Ermənistan iddiası ilə getdikcə azğınlaşdı. Xoclıda və işğal altında qalan digər rayonlarımızda soyqırımlar, qətliamlar törətdi, qadınlarımızı, qocalarımızı girov götürdü, qanımızı içdi, içdikcə də bir az da qudurdu, daha çox ərazilərimizi ələ keçirmək istədi. Bütövlükdə Azərbaycanı yer üzündən silmək üçün hansısa havadarlarından, kimlərdənsə can aldı.

 

“Artıq yetər, bəsdir!” – deyə, bu gün türk oğlu, ayağa qalxıb! Və bütün Azərbaycan ONUNLA birlikdə ayağa durub. Düşmən bundan sonra əzməyə çalışdığı Azərbaycanın cismi ilə deyil, ruhu ilə döyüşəcək!..

 

Bu gün Qarabağ şikəstəsi, Qarabağın səsi Azərbaycan Ordusunun atdığı atəşin səsləri ilə eşidilir. Və Millətin, Dövlətin, vətəndaşlarının öz torpaqları uğrunda azdlıq mücadiləsinə qatılması nə qədər şirin, nə qədər gözəl, nə qədər qürurverici hiss imiş... Bu gün o hissləri yaşamaqdayıq və qürurluyuq. Ordumuzun cəbhə boyu uğurlarını fəxarət hissi ilə qarşılamadan, onu sevinc göz yaşlarını axıtmadan izləmək olmur.

 

Vətən bizi çağırır! Bu gün Azərbaycan öz torpaqları uğrunda öz ərazilərində yağı düşmənə, xain düşmənə layiqli cavabını verir.

 

Bəli, biz bu gün bir millətlə yox, geni, genefonu, mədəniyyəti, namusu, ləyaqəti olmayan eybəcər məxluqlarla döyüşürük. O eybəcərlə ki, heç bir hüquqa, qaydalara əməl etmədən hərəkət edir. Erməni terrorçusu kimi davranan işğalçı hərbi qüvvələri mülki əhalinin olduğu yerləri vurur, iaşə binalarını, dinc əhalinin yaşadığı evləri bombalayır. Çoxlu sayda mülki vətəndaşımız şəhid olub...

 

Onu da bilirik ki, bizim düşmənə qarşı humanist çağırışlarımız əbəsdir. Biz bunu 30 ildir görürük. Erməni mənfurları kim olduqlarını Xocalıya xaincəsinə basqın edərək göstərmişdilər. Hamilə qadınların körpəsini yarıb qarnından çıxaran, uşaqların başını diri-diri soyan, qadınlara, qızlara qarşı namussuzluq edən bir eybəcər hibrit sülhə gələ bilməz və gəlməyəcək. O, kimliyini, insanlığını unudub və başı əzilməlidir.

 

Azərbaycan öz humanistliyi, tollerantlığı, öz alicənablığı ilə xain, məkirli milləti heç olmasa layiqli düşmən kimi davranmağa dəvət edir. Lakin işğalçı layiqli düşmən olmağı da bacarmır, əsl terrorçu, qaniçən kimi davranır. Ordumuz hərbi ləyaqəti olmayan terrorçu xislətli eybəcərlərlə döyüşməyə məcburdur. Yenə də Azərbaycan ordusu xəbərdarlıq edərək, erməni ailələrini döyüş gedən ərazilərdən uzaqlaşmağa çağırır. Azərbaycan Ordusu nə qədər beynəlxalq konvensiyalara, hərbi döyüş qaydalarına əməl edərək, mülki əhalini, qadınları, qocaları öldürməmək üçün erməni əhalisinin müharibə gedən yerlərdən getməsini istəsə də, erməni cəlladları buna da imkan vermirlər...

 

Azərbaycan 30 ildir işğal altında qalan tarixi torpaqlarını mənfur, eybəcər xislətli məxluq olan erməni soyqırımından azad etmək üçün döyüşməyə məcburdur. Çünki beynəlxalq təşkilatlar güc dövlətləri yenə də boş bəyanatlar verməkdə davam edir. Yenə Ermənistanın Azərbaycanın torpaqlarında törətdiyi cinayətlər sərt reaksiyalarla susdurulmur.

 

Cənab beynəlxalq təşkilat, cənab demokrat, cənab azadlığı sevən avropalı, əgər müharibə istəmirsənsə, bölgədə sülh istəyirsənsə, o zaman beynəlxalq aləmin qanunla tanıdığı Azərbaycan sərhədlərinin bütövlüyünü pozulduğunu da bilməliydin! Müharibənin məhz Azərbaycan ərazilərində Ermənistan terroru ilə aparıldığını bilməliydin! Əcəba, niyə Ermənistanı başqa dövlətin ərazilərindən geri çəkilməyə məcbur etmirsən?! Gözlərin KORdur, niyə dilin laldır!? Niyə işğalçı Ermənistana sərt təpki verib, qatil ordusunu geri çağırmırsan!? Axı görürsən ki, Azərbaycanın sərhədləri pozulub, görürsən ki, Azərbaycan torpaqları işğal olunub. Bu qədər ədalətsilik olmaz, bu qədər məsuliyyətsizlik olmaz?!. Lakin susrsan və sənin insan haqları, beynəlxalq hüquq anlayışına bu qədər yalançı, xain yanaşmanın nticəsidir ki, bu gün Azərbaycan torpaqlarında qırğın gedir. Sən sus, sən haqqı pozmaqda davam et, amma...Düşmən torpaqlarımızdan qovulmalıdır və biz əzəli Azərbaycan torpaqlarımızı geri almalıyıq.

 

Bu gün hər Şəhidimizlə, döyüşən igidlərimizlə, hərbi paltar geyinən hər bir oğul və qızlarımızla qürur duyuruq. Bu gün Azərbaycan torpaqları uğrunda qəti mövqe sərgiləyərək erməni qəsbkarlarının Azərbaycana qarşı illərdir davam edən təhqiramiz münasibətinə layiqli cavabın verilməsi ilə bağlı əmr verən cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevlə qürur duyuruq. Hər birimiz bu prosesdə fərqli fəaliyyət istiqamətləri ilə Baş Komandanın yanındayıq!

 

Bu gün mənim üçün, inanıram ki, bütövlükdə Azərbaycanımız üçün Azərbaycan Milli Ordusunun düşmənə atdığı atəşlərdə Qarabağın musiqisi eşidilir. Bu çox möhtəşəm duyğudur. Yaşasın Azərbaycan! Yaşasın millətimiz, dövlətimiz! Yaşasın Ordumuz, Yaşasın Ali Baş Komandan! Qələbəmizə inanırıq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür