"Sonuncu Azərbaycan övladının şəhid olması hesabına olsa da..."

17:15 02-10-2020 | icon 454 | Siyasət
"Sonuncu Azərbaycan övladının şəhid olması hesabına olsa da..."

Bəhruz Məhərrəmov: "Sonuncu qarış torpağımız azad olunana qədər bu qan tökülməkdə davam edəcək"

 

“Son 5 gündə “Sülh” pərdəsi altında Fransa prezidentinin xüsusi fəallığının şahidi olmaqdayıq. Cənab Makron 3 il əvvəl prezident seçildikdən sonra, həmsədr kimi məsuliyyətini anlayıb bu canfəşanlığa başlasaydı vəziyyət başqa cür olardı. Lakin Fransa da daxil, Minsk qrupunun fəaliyyətsizliyi, hətta Ermənistanın lehinə fəaliyyəti vəziyyəti bu həddə çatdırdı”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat Bəhruz Məhərrəmov Fransa prezidenti Makronun özünün Tvitter səhifəsində Azərbaycanı ittiham edən bəyanatına cavab olaraq bildirib.

 

B.Məhərrəmov Fransa prezidentinə Ermənistanın Azərbaycanda törətdiyi çinayətləri bir daha xatırlatmağı vacib sayıb.

“Son 5 gündə aralarında azyaşlılar da olmaqla 20 mülki insan qətlə yetirilib. Cənab Makron, bəyanatlar verəndə unutmayın ki, sizin əliniz o insanların qanına batıb. Əli milyon yarımlıq əlcəzairlinin qanına batmış bir dövlətin rəhbəri kimi 20 azərbaycanlı mülki insanın ölümü Makron üçün adi görünə bilər. Amma son yüz ildə erməni təcavüzündən, işğalından, terorundan cana gəlmiş bir xalq olaraq biz buna dözməyəcəyik”.

 

Deputat Makronun ardıcıl verdiyi bəyanatlarında Azərbaycanın mülki əhalisinin Ermənistan ərazisindən raket atəşinə tutulması barədə heç birfikir bildirmədiyini deyib:

“Əminəm ki, Ermənistan ərazisindəki həmin atəş nöqtələrini susduranda üzərimizə beynəlxalq “hüquq dastanı” ilə gələcəksiz. Budur Sizin simanız. Ona görə də Cənab Makron milyon yarımlıq əlcazairlinin qanına bulanmış əllərini bizdən çək!”

 

Hazırda Rusiya mətbuatında açıq - aşkar erməni təbliğatının getdiyini deyən deputat, belə bir ərəfədə həmsədr dövlətlərin neytrallıq göstərmədiyini önə çəkib. O, bildirb ki, bu azmış kimi son günlər ABŞ prezidentliyinə namizəd, keçmiş I vitse prezident Co Bayden da dövriyyəyə girib.

 

Deputat belə bir ərəfədə müsəlman dövləti olan İranın da Azərbaycana qarşı əks çıxışlarını da tənqid edib:

“Rusiyanın imperialist siyasəti, ABŞ-ın ikili standartı, Makronun xiristian təəssübkeşi, hardasa başa düşüləndir. Bəs, İrana nə olub? Sən dinimiz bir, ortaq tariximiz olan bir dövlətsən! Axı tarix boyu Azərbaycan hakimiyyəti sənə qarşı dürüst olub. Heç bir 3-cü dövlətə sənə qarşı ərazimizdə fəaliyyət göstərməyə izn verilməyib. Axı sənin mövcudiyyətini borclu olduğun dostlarından biri biz olmuşuq!”

 

B.Məhərrəmov bəyan edib ki, bu gün cəbhədə qan tökülür, sonuncu qarış torpağımız azad olunana qədər bu qan tökülməkdə davam edəcək, sonuncu Azərbaycan övladının şəhid olması hesabına olsa da:

“Kim nə deyir desin, işimiz haqq işidir və bu işdə Allah Azərbaycan ordusunu Azərbaycan Ali Baş Komandanını müzəffər etsin!” /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili