Qazaxlar Azərbaycanın tərəfindədir!

12:26 06-10-2020 | icon 304 | Siyasət
Qazaxlar Azərbaycanın tərəfindədir!

Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan Media.Az-a müsahibə verib.

 

“Sosial şəbəkələrin Qazaxıstan üzrə istifadəçiləri profillərində kütləvi şəkildə Azərbaycan bayrağı olan fotoşəkillər qoyur və bununla da torpaqlarını azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini bildirir”, - deyə Media.Az-a verdiyi müsahibəsində Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan bildirib.

 

- Mən izləyicilərimi görürəm, xeyli sayda insanla ünsiyyətdə oluram. Onların hər biri Azərbaycanı, Azərbaycan ordusunun öz torpaqlarını azad etmək uğrunda mübarizəsini dəstəkləyir. Bura Azərbaycan torpağıdır, Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır. Və bu mənada bizim ortaq bir fikrimiz var - Qazaxıstan heç bir halda, hətta KTMT çərçivəsində Ermənistana heç bir yardım göstərməməlidir. Bizim bunu etməyə mənəvi haqqımız belə yoxdur. Məsələ onda deyil ki, azərbaycanlılar bizim türk qardaşlarımızdır. Ermənistanın beynəlxalq hüququ pozan işğalçı bir ölkə olduğu göz önündədir.

 

Üstəlik, Azərbaycan Ermənistan ərazisinə hücum etməyib. Ermənistan ərazisindən raketlər endirilir, Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur. Niyə erməni ordusu işğal olunmuş Azərbaycan ərazilərini tərk etmir? O zaman müharibə də olmayacaq.

 

Və qan tökülmədən dövlət olmur. Vətənini müdafiə etmək üçün bəzən mübarizə aparmaq lazımdır, bunu da Azərbaycan edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür