"Tədbirlər görməliyik ki, aşınmaya məruz qalmayaq"

21:19 21-08-2018 | icon 528 | Gündəm
"Tədbirlər görməliyik ki, aşınmaya məruz qalmayaq"

"Azərbaycanda mənəvi dəyərlərin aşınması təhlükəsi yoxdur, amma biz zamanın tələblərinə uyğun tədbirlər görməliyik ki, aşınmaya məruz qalmayaq. Bunun üçün isə biz çox güclü olmalıyıq".

 

Versus.Az xəbər verir ki, bunu "Mənəvi dəyərlərin təbliği və dini icmalar" mövzusunda keçirilən konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan qərb mədəniyyətinin təsiri altındadır. Böyük dövlətlər mədəniyyətlərin qarışmasına maraq göstərir:

 

"Bütün bunlar bizim milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər. Ona görə də xalqımız öz dəyərlərini qoruyub saxlamaq instinktini inkişaf etdirməlidir. Biz bununla əsas mənəvi dəyərlərimizdən olan müstəqilliyimizi qorumuş oluruq. Eyni zamanda, dini icmalar, din xadimləri və mətbuat orqanları bu istiqamətdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar".

 

O əlavə edib ki, Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib. Bunu qorumaq üçün də vacib addımlar atılıb.

M.Qurbanlı əlavə edib ki, ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində yürütdüyü siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.

 

Komitə sədrinin sözlərinə görə, mənəvi dəyərlərin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dini icmalar da əhəmiyyətli rol oynayır.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili