Millət vəkili Qurban bayramını ön cəbhə sakinləri ilə keçirib

10:04 24-08-2018 | icon 536 | Cəmiyyət
Millət vəkili Qurban bayramını ön cəbhə sakinləri ilə keçirib

Millət vəkili Qənirə Paşayeva Qurban bayramını Tovuzda ön cəbhə kəndlərində sakinlərlə keçirib, onların bayramlarını təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva sakinlərlə görüşlər zamanı Qurban bayramının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb.

 

Qurban Bayramı münasibətilə sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

 

Qənirə Paşayeva ön cəbhə kəndlərinə səfər zamanı sakinləri dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

 

Millət vəkili seçiciləri narahat edən bir sıra problemləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

 

Sakinlərlə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Millət vəkili Q.Paşayeva bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Millət vəkili ön cəbhə kəndlərində eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür