“Azərbaycan ordusu xarici basqılara rəğmən uğurla irəliləyir”

09:56 11-10-2020 | icon 261 | Siyasət
“Azərbaycan ordusu xarici basqılara rəğmən uğurla irəliləyir”

Əhəd Məmmədli: “Atəşkəs o zaman baş tuta bilər ki, ermənilər ağ bayrağı qaldırıb ərazilərimizdən çıxsınlar”

 

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun öz çıxışında “bir millət, bir dövlət deməsi” Azərbaycana nə dərəcədə yaxın və strateji müttəfiq olmasının göstəricisidir”.

 

Versus.Az xəbər verir ki, bunu son günlər M.Çavuşoğlunun “bir millət, bir dövlət deməsi” ilə bağlı müzakirələr açıb mübahisələr yaradan bəzi sosial şəbəkə istifadəçilərin yaydığı statuslarla bağlı açıqlamasında bildirib.

 

Politoloq bildirib ki, Türkiyə rəsmisinin Azərbaycanla bağlı  “Biz bir dövlət, bir millətik” sözü bəzi hallarda düzgün təhlil olunmur:

 

“Bəziləri bilərəkdən və yaxud da bilməyərəkdən belə yorumlar edirlər ki, guya Azərbaycanla Türkiyə birləşir. Lakin biz qardaş dövlətlərik və belə bir məqsəd yoxdur. Bu, bir dövlət konsepsiyasında iki dövlətin bərabər şərtlər altında birləşməsidir. Bu, Konfederasiya, Federasiya şərtləri daxilində ola bilər”.

 

O ki, qaldı Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesində “atəşkəslə” bağlı irəliyə çıxan mübahisəli məqamlara, politoloq hesab edir ki, indiki şəraitdə kimin bu cür məsələləri ortaya atmasına baxmayaraq, Prezident öz sözünü deyib və şərtləri də bəllidir:

 

“Azərbaycan Prezidenti Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxması ilə bağlı bir neçə tələb, şərt irəli sürüb. Atəşkəs o zaman dayana bilər ki, Ermənistan öz qüvvələrini ərazilərimizdən çıxarsın. Azərbaycan buna görə onlara vaxt və karidor verməyə hazırdır. Başqa cür atəşkəs mümkün deyil. Azərbaycan ordusu xarici basqılara rəğmən uğurla irəliləyir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür